adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
29 Noyabr 2017 10:57
11575
SİYASƏT
A- A+

Baş nazir: NATO Türkiyəyə lazımi dəstək vermədi

NATO Türkiyəyə hərbi sahədə lazımi dəstək verməyib.

Adalet.az-ın məlumatına görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

Baş nazir bildirib ki, Türkiyənin Suriya tərəfdən raket zərbələri ilə üzləşməsinə baxmayaraq, NATO ölkənin müdafiəsi üçün heç bir addım atmayıb.

O qeyd edib ki, məhz bunun nəticəsi olaraq Türkiyə öz ərazilərini müdafiə etmək üçün Rusiyadan S-400 zenit-raket kompleksləri alır:

"Türkiyənin öz ərazilərini qorumaq üçün bütün zəruri tədbirlər görməyə haqq var".