ANA SƏHİFƏ / MƏMLƏKƏT

“İrəli” regional turnirlərə davam edir

8647    |   2017-11-28 16:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Azərbaycan İntellektual Birİncisi” layihəsi artıq ikinci ildir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür. "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.7. maddəsində Gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi qeyd edilir. Dövlət proqramının alt sənədinə uyğun olaraq "Azərbaycanın İntellektual Birİncisi” layihəsi həyata keçirilir.

25.11.17 tarixində "Azərbaycan İntellektual Birİncisi” layihəsinin Saatlı, Salyan, Beyləqan,, Hacıqabul, Şirvan, Neftçala, Sabirabad, İmişli, Kürdəmir şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Aran üzrə regional turniri Sabirabad şəhərində keçirilib. Layihədə "Xəmsə”, "Nə? Harada? Nə zaman?” intellektual oyunlarında Saatlı, "Axtar Tap” intellektual oyununda Kürdəmir, "Vətəni tanı” intellektual oyununda Sabirabad şəhərinin gənc intellektualları qalib olublar.

26.11.17 tarixində "Azərbaycan İntellektual Birİncisi” layihəsinin Biləsuvar, Lənkəran, Cəlilabad, Yardımlı, Lerik, Astara şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Lənkəran şəhərində regional turniri keçirilib. Layihədə "Xəmsə”, "Nə? Harada? Nə zaman?” intellektual oyunlarında Lənkəran, "Axtar Tap” intellektual oyununda Biləsuvar, "Vətəni tanı” intellektual oyununda Yardımlı şəhərinin gənc intellektualları qalib olublar.

Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Gənclərin maarifləndirilməsinə istiqamətlənən və 11 regionda 4 intellektual oyun ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar tap", "Vətəni Tanı") üzrə baş tutacaq "Azərbaycanın İntellektual BİRincisi" layihəsi çərçivəsində 62 rayondan 1400 nəfər gəncin iştirakı gözlənilir. Hər rayon 18 nəfərlik komanda ilə çıxış edir. Layihə zamanı regional turnirlər Bakı, Sumqayıt, Quba, Tərtər, İsmayıllı, Şəmkir, Mingəçevir, Şəki, Sabirabad, Lənkəran rayon və şəhərlərində inşa olunmuş Gənclər Evi və Gənclər Mərkəzində keçirilir.

Bütün region turnirlərinin açılış mərasimində "İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov iştirak edib və region gəncləri ilə görüşüb. "İrəli” sədri çıxışında bildirib ki, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar həyata keçirilən bu layihə ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən təşəbbüsdür. Gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq intellektual yarışlara rəqabətə davamlı gənclərin hazırlanması layihənin əsas hədəflərindəndir”."İrəli” sədri onu da qeyd edib ki, biz regional turnirlərdə istedadlı, intellektual gənclərimizin çox olduğunun şahidi olduq.

Qeyd edək ki, layihə hazırda davam edir və Azərbaycanın 10 regional turniri yekunlaşıb.

"Azərbaycanın İntellektual Birİncisi” layihəsinin final mərhələsi Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunub və Bakıda keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, layihənin digər tərəfdaşları "Azərbaycan İntellektual Oyunlar Klubu", Xəmsə Milli İntellektual Oyunu, Gənckart və Carabao-dur



İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-18
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK