adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
28 Noyabr 2017 17:02
10811
İDMAN
A- A+

Ruanda da millimizi keçsə...

Milli komandaların dekabr üçün FİFA reytinqi ilə bağlı ilkin proqnozlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, ehtimallar son cədvəldə dünyanın 117-cisi olan Azərbaycan millisini cüzi irəliləyiş vəd edir.

Düzdü, hesabında 281 xal olan yığmamızın aktivi dəyişməz qalacaq. Lakin digər komandaların xal hesablarındakı dəyişikliklərin millimizin lehinə olacağı gözlənilir.

4 komanda - Nikaraqua, Bəhreyn, KXDR və Türkmənistan milliləri qarşıdakı siyahıda böyük xal itkisi ilə üzləşməlidi. Bu yığmaların geriləməsi isə Azərbaycan üçün irəliləmək imkanı yaradacaq.

4 komandanı keçəcək millimizin cəmi iki pillə irəliləmək perspektivi isə başqa yığmaların xal artımı ilə bağlıdı. Məsələ ondadı ki, futbol ölkələri sayılmayan Ruanda və Filippin irəli böyük addım atacaq. Bu komandalar millimizi də geridə qoyacaq.

Qeyd edək ki, dekabrda baş tutacaq bir sıra yoxlama oyunları cədvəldə daha ciddi dəyişikliklərə səbəb ola bilər.