ANA SƏHİFƏ / İDMAN

Biz niyə qol vura bilmirik?

3624    |   2017-11-28 16:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Hazırda Azərbaycanda hücumçu problemi var. Getdikcə də dərinləşməkdədir. Azərbaycan futbolunda hücumçu yetişdirmək barədə hamımız düşünməliyik. Hücumçuların oyun üslubunu mütləq dəyişməliyik. Alınmırsa, yeni hücumçular hazırlamalıyıq”.

Bu sözlər "Qarabağ”ın və millimizin baş məşqçisi Qurban Qurbanova məxsusdur. 2013-cü ildə Qol.az saytına verdiyi müsahibəsindəndir. Həmin vaxt Topaz Premyer Liqada bombardirlər siyahısındakı futbolçular arasında bir nəfər də olsun azərbaycanlı yox idi. Qurban Qurbanov yeni hücumçular hazırlanmalı olduğunu bildirmişdi. Hazırda bombardirlər sırasında olan Mahir Mədətovun bu səviyyəyə gəlməyində Qurbanovun rolu əvəzsizdir. Bəs digərləri hansı hücumçunu hazırladı? Təəssüf ki, xüsusi vurğulanacaq biri yoxdur.

Vaxtilə Vəli Qasımov, Nazim Süleymanov, Nazim Əliyev, Samir Ələkbərov kimi hücumçular yetişdirmiş Azərbaycan futbolu indi bu sarıdan dərin böhran içindədir. Premyer Liqamızda əcnəbi futbolçular bombardirlik edir. Bizimkilər isə onları qucaqlayaraq sevinclərini bölüşməklə kifayətlənirlər.
Bunu Premyer Liqamızda son 10 ilin bombardirlər siyasına baxanda görmək olur.

Çempionatın bombardirləri: Top-10

2007/08 mövsümü

1. Xaqani Məmmədov "İnter” – 23 oyuna 19 qol
2. Branimir Subaşiç "Neftçi” - 25 oyuna 14 qol
3. Valter Quqlemon "İnter” - 20 oyuna 11 qol
4. Junivan Suares "Olimpik” – 21 oyuna 11 qol
5. Zaur Ramazanov "Xəzər Lənkəran” – 25 oyuna 11 qol
6. Vladimir Mazyar "Simurq” – 21 oyuna 10 qol
7. Roman Axalkatsi "Karvan” – 21 oyuna 9 qol
8. Georgi Adamiya "Neftçi” – 25 oyuna 9 qol
9. Vitali Balamestnı "Qəbələ” – 18 oyuna 8 qol
10. Leonardo Roşa Da Silva "Standard” – 19 oyuna 8 qol

2008/09

1. Valter Quqlemon "İnter” – 24 oyuna 17 qol
2. İvan Tsvetkov "Xəzər Lənkəran” - 21 oyuna 15 qol
3. Vladimir Mazyar "Simurq” - 20 oyuna 12 qol
4. Amiran Muciri "Bakı” – 22 oyuna 11 qol
5. Leandro Qomeş "Olimpik” – 24 oyuna 10 qol
6. Anxel Qustavo Qutyerres "Standard” – 24 oyuna 10 qol
7.Viktor İqbekoyi "Qarabağ” /"Turan” - 14 oyuna 8 qol
8. Farzad Hatəmi "Qəbələ” – 22 oyuna 8 qol
9. Romulo Silvano Vilvano "Xəzər Lənkəran” – 22 oyuna 8 qol
10. Bəxtiyar Soltanov "Bakı” – 7 oyuna 7 qol

2009/10

1. Fərid Quliyev "Standard” – 29 oyuna 16 qol
2. Robertas Poşkus "İnter” - 25 oyuna 12 qol
3. Anatoli Doroş "Olimpik-Şüvəlan” – 28 oyuna 12 qol
4. Adrian Neaqa "Neftçi” – 30 oyuna 11 qol
5. Nadir Nəbiyev "Turan” – 26 oyuna 10 qol
6. Silvinyo Jao De Carvalyo (Jaba) "Bakı” – 28 oyuna 10 qol
7. Allan Lalin "Xəzər Lənkəran” – 27 oyuna 9 qol
8. Mario Santana Serjio Souza "Xəzər Lənkəran” – 28 oyuna 9 qol
9. Girts Karlson "İnter” – 19 oyuna 8 qol
10. Xaqani Məmmədov "Karvan” – 13 oyuna 7 qol

2010/11

1.Georgi Adamiya "Qarabağ” - 30 oyuna 18 qol
2.Bahodir Nasimov "Neftçi” - 28 oyuna 15 qol
3.Flavio Aleks Valensio "Neftçi” - 20 oyuna 11 qol
4.Junivan Suares "Gəncə” – 29 oyuna 10 qol
5.Rauf Əliyev) "Qarabağ” – 31 oyuna 10 qol
6.Qvidas Yuska AZAL - 31 oyuna 10 qol
7.Sabir Allahquliyev "Gəncə” - 28 oyuna 9 qol
8.Deon Burton "Qəbələ” - 28 oyuna 9 qol
9.Uinston Parks "Xəzər Lənkəran” - 25 oyuna 8 qol
10.Silvinyo Jao De Carvalyo (Jaba) "Bakı” - 25 oyuna 7 qol

2011/12 mövsümü

1.Bahodir Nasimov "Neftçi” – 29 oyuna 16 qol
2.Yuri Fomenko "Kəpəz” – 32 oyuna 11 qol
3. Tales Şütz AZAL – 22 oyuna 10 qol
4. Zohair Benouahi AZAL – 25 oyuna 10 qol
5. Flavio Aleks Valensio "Neftçi” – 29 oyuna 10 qol
6. Yannik Kamanan "Qəbələ” - 14 oyuna 9 qol
7. Luiz Paulo Hilario (Dodo) "Qəbələ” – 31 oyuna 9 qol
8. Robertas Poşkus "Simurq” - 16 oyuna 8 qol
9.Uinston Parks "Bakı” – 24 oyuna 8 qol
10.Viktor Mendi "Qəbələ” - 28 oyuna 8 qol

2012/13 mövsümü

1.Nikolas Kanales "Neftçi” – 31 oyuna 26 qol
2. Junior Nildo AZAL – 32 oyuna 21 qol
3 Juan Manuel Varea "Rəvan” - 30 oyuna 14 qol
4 Riçard Almeyda "Qarabağ” – 30 oyuna 13 qol
5.Salif Ballo "Turan” – 28 oyuna 12 qol
6.Pərdis Fərcad-Azad "Sumqayıt” – 23 oyuna 9 qol
7.Mindauqas Kalonas "Rəvan” – 13 oyuna 8 qol
8.Zohair Benouahi AZAL - 25 oyuna 8 qol
9.Baçana Sxadadze "İnter” – 29 oyuna 8 qol
10.Viktor İqbekoyi AZAL – 29 oyuna 8 qol

2013/14 mövsümü

1. Reynlado Silva "Qarabağ” 31 oyuna 22 qol
2. Vaqif Cavadov "İnter” 33 oyuna 14 qol
3.Daniel Subotiç "Qəbələ” 29 oyuna 12 qol
4.Draqan Çeran "Simurq” - 31 oyuna 11 qol
5.Etame Mbilla "Xəzər Lənkəran” - 32 oyuna 11 qol
6.Baçana Sxadadze "İnter” – 29 oyuna 10 qol
7.Rauf Əliyev "Bakı” – 27 oyuna 9 qol
8.Leroy Corc "Qarabağ” - 32 oyuna 9 qol
9.Əfran İsmayılov "Bakı” – 17 oyuna 8 qol
10. Junior Nildo "Xəzər Lənkəran” – 30 oyuna 8 qol

2014/15 mövsümü

1.Nurlan Novruzov "Bakı” – 30 oyuna 15 qol
2. Draqan Çeran "Simurq” - 25 oyuna 14 qol
3. Freddi Mombonqo AZAL - 28 oyuna 13 qol
4. Məhəmməd Qurbanov "Sumqayıt” - 29 oyuna 13 qol
5. Nikolas Kanales "Neftçi” 28 oyuna 11 qol
6. Cavid Hüseynov "Qəbələ” - 29 oyuna 11 qol
7 Reynaldo Silva "Qarabağ” – 23 oyuna 10 qol
8.Corc Leroy "Qarabağ” - 27 oyuna 10 qol
9. Mikel Alvaro "İnter” - 28 oyuna 9 qol
10. Junior Nildo "İnter” – 21 oyuna 8 qol

2015/16 mövsümü

1.Dani Kintana "Qarabağ” – 32 oyuna 15 qol
2.Nelson Bonilla "Zirə” – 29 oyuna 14 qol
3.Ruslan Qurbanov "Neftçi” - 31 oyuna 13 qol
4.Amil Yunanov "Sumqayıt” – 24 oyuna 12 qol
5.Aleksey Qay "Qəbələ” - 35 oyuna 10 qol
6.Jülien Ebah "Kəpəz” - 28 oyuna 9 qol
7.Riçard Almeyda "Qarabağ” – 31 oyuna 9 qol
8. Mahir Mədətov "Qarabağ” - 16 oyuna 7 qol
9.Ermin Zets "Qəbələ” - 23 oyuna 7 qol
10.Samuel Armenteros "Qarabağ” - 23 oyuna 7 qol

2016/17 mövsümü

1. Rauf Əliyev "İnter” - 26 oyuna 11 qol
2.Filip Ozobiç "Qəbələ” - 27 oyuna 11 qol
3.Dino Ndlovu "Qarabağ” – 23 oyuna 10 qol
4.Mirabdulla Abbasov "Sumqayıt” - 27 oyuna 8 qol
5.Baqali Dabo "Qəbələ” - 16 oyuna 7 qol
6.Nizami Hacıyev "İnter” - 24 oyuna 7 qol
7.Sergey Zenyov "Qəbələ” - 21 oyuna 6 qol
8.Amil Yunanov "Sumqayıt” - 23 oyuna 6 qol
9.Jülien Ebah "Kəpəz” - 28 oyuna 6 qol
10.Ruslan Abışov "İnter” /”Neftçi” – 21 oyuna 5 qol

Göründüyü kimi, son mövsümü nəzərə almasaq, bu illər ərzində 10 bombardir arasında ən yaxşı halda 2-3 yerli futbolçu olub. Acınacaqlı nəticədir.

Uzun illərdir futbolumuzda mövcud olan bu problemlə bağlı millimizin sabiq baş məşqçisi Şahin Diniyevlə danışdıq.

Onun fikrincə, problemin kökündə uşaq futbolundakı boşluqlar durur: "Son dövrlər Azərbaycanda fərdi ustalığı ilə seçilən futbolçular yetişmir. Səviyyəli hücumçu hazırlamırıq. Uşaq futbolunda oyunçu yetişdirməkdənsə daha çox nəticə dalınca qaçırlar. Buna görə də həmin futbolçular gələcəkdə Premyer Liqada oynayanda itib-batırlar. Ən böyük problem odur ki, uşaq futbolunda da qarşıya nəticə qazanmaq məqsədi qoyulub. Hansı ki, uşaqlarla daha çox fərdi şəkildə məşğul olmaq lazımdır ki, gələcəkdə səviyyəli oyunçular yetişsin.



Şahin Diniyev

Bombardir çox qol vuran futbolçu deməkdir. Belə futbolçular isə medallar uğrunda mübarizə aparan klublarda oynayır. "Qarabağ”, "Qəbələ” və "Zirə”ni deyə bilərik. Avrokuboklarda oynayan klublar yüksək səviyyəli hücumçulara üstünlük verir. Bu futbolçular isə yerli ola bilməz. Bu gün avrokuboklarda çıxış edəcək azərbaycanlı hücumçu çox azdır. Buna görə də klublarımız məcbur olur ki, oyunun taleyini həll edə bilən hücumçu alsınlar. Avtomatik olaraq həmin legionerlər də Premyer Liqada bombardir olurlar. "Qarabağ” və "Qəbələ”də sırf yerli hücumçular oynasalar, onlar da bombardir olarlar. Çünki bu komandalar hücumda çox olurlar”.

Millimizin sabiq üzvü Bəxtiyar Musayev də problemin həllinə uşaq futbolundan başlanmalı olduğunu bildirir:

"Ümumiyyətlə, futbolumuzda hücumçu çatışmazlığı böyük problemə çevrilib. Elə futbolçular var ki, uşaqlıqdan sırf hücumçu kimi çıxır edir, ancaq müəyyən bir yaşa çatanda onu cinahlarda oynadırlar. Bu da həmin futbolçuların sırf qol vuran hücumçu kimi formalaşmağına mane olur.
Bütün klublar istəyir ki, ön xətdə ən yaxşı hücumçudan istifadə etsin. Gərək yerli hücumçularımız elə çıxış etsinlər ki, klublar da onlara şans versinlər.
Məsələn, "Qarabağ”ın futbolçusu Mahir Mədətovda hücumçuya məxsus müsbət keyfiyyətlər var. Ona görə də oynamaq şansı qazanır və qollarını vurur. Ancaq təəssüflər olsun ki, son zamanlar seçilən başqa bir hücumçumuz yetişmir.


Bəxtiyar Musayev

Bizim ən böyük bəlamız uşaq futboludur. Mütəmadi uşaq futbolunu izləyirəm. Öz oğlum da futbolla məşğul olur. Uşaq futbolunda 11-12 komanda ilə çempionat keçirilir. Oyun sayı çox az olur. Ötən il çempionat aprel ayında bitmişdi, bir də sentyabrda başladı. Görün, neçə ay boşluq olur. Uşaqlar oyundan-oyuna artırırlar. Futbolumuzun gələcəyini düşünürüksə, uşaq futboluna ciddi fikir verməliyik. Əvvəl bütün uşaq futbol məktəbləri fəaliyyət göstərirdi. Rayonlarda uşaq futboluna diqqət var idi. Mən milli komandada oynayanda rayonlardan o qədər uşaqlar gəlirdi ki, hər mövqedə böyük rəqabət olurdu. Onda yaxşı hücumçular da yetişirdi. İndi nəinki hücumçu, ümumiyyətlə futbolçu yetişdirə bilmirik. İndi uşaq futbolu bərbad vəziyyətdədir. "Dalğa Arena”da futbola baxıram, külək uşağı topla birlikdə aparır. Uşaqlar oyun günü rayonlardan Bakıya gəlirlər. Saatlarla yol gəlib, sonra da yarı ac, yarı tox oyuna çıxırlar. Uşaq futbolunda bu cür çempionat olmaz. Diqqət artırılmalıdır. Yoxsa gələcəkdə də çempionatın bombardirləri elə legionerlər olacaq.
Yaxşı hücumçu yetişdirmək üçün fərdi məşqlər olmalıdır. Əvvəllər belə olub. 1-2 saat məşqlə heç nəyə nail olmaq mümkün deyil. İndiki uşaqlar məşq qurtaran kimi avtobusa minib evə gedirlər. Onlarla ayrıca məşq edilmir. Yaxşı hücumçu olmaq istəyirsənsə, gərək əlavə məşqlər edəsən. Ancaq təəssüf ki, indi bizdə uşaq futbolunda o şərait yoxdur”.

Əslində çönüb uşaq futboluna baxanda acı reallıqla barışmalı oluruq ki, hələ neçə illər çempionatımızda legionerlər bombardirlik edəcəklər.

Ramiq AĞAMƏMMƏDOV
Yazı AFFA yanında Media Komitəsinin maliyyə dəstəyi ilə "İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” layihəsi çərçivəsində hazırlanıb.




İmza:
SON XƏBƏRLƏR
2017-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:
- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?
Kişi əsəbiləşir:
- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!




digər lətifələr
ARXİV
FACEBOOK