adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
29 Noyabr 2017 16:45
15433
İDMAN
A- A+

Millinin təklifini rədd etmərəm

"Yuventus"un qapıçısı Canluici Buffon yenidən İtaliya millisinə qayıda bilər.

Adalet.az-ın məlumatına görə, bu barədə o, "Gran Gala del Calcio"ya açıqlamasında deyib: "Millidəki karyerama fasilə vermişəm. Həm "Yuventus", həm də İtaliya yığmasında özümü əsgər kimi görmüşəm. 60 yaşında belə olsam, milli komandadan gələcək təklifi rədd etmərəm. Çünki mənim fikrim budur".

Qeyd edək ki, C.Buffon DÇ-2018-in pley-off mərhələsində İsveçə uduzaraq mundiala vəsiqə qazana bilmədikləri oyundan sonra millidəki karyerasını başa vurduğunu açıqlayıb.