O BALACA UŞAQ

FAİQ QİSMƏTOĞLU
60784 | 2017-11-28 14:05

…Onda o qızın 10-12 yaşı olardı. Və onda o qızı çoxları tanımırdı. Heç onda o qızda çoxlarını tanımırdı. Sadəcə olaraq, Allah-Təalao balaca uşağa elə bir istedad vermişdi ki, o balaca uşağı mahnı ilə bütün Azərbaycantanıyacaqdı. Və o balaca uşaq çox qeyri-adi səslə səhnəyə çıxacaqdı və səhnədə eləalqışlanacaqdı ki, özü də buna məəttəl qalacaqdı. Çünki o səhnədə hər sənətkar çıxışeləyə bilməzdi və o səhnədə tanınan, ən azından Əməkdar artist adı qazanan müğənnilərçıxış eləyə bilərdilər...

Vəo konsert indiki Heydər Əliyev sarayında(o vaxtkı Lenin adına sarayda) olmuşdu. Və o konsertdə də o balaca uşaq oqədər gözəl oxumuşdu ki, Ulu Öndər Heydər Əliyev o balaca uşağı sinəsinə sıxmışdıvə başına sığal çəkmişdi. Səsin şirinliyi, qeyri-adiliyi və səsin rəngi Ulu Öndəridə təəccübləndirmişdi. Hətta o balaca uşaqla Ulu Öndər Heydər Əliyev bir neçə dəqiqəsöhbət də eləmişdi. Və o balaca uşağın ürəyibu söhbətdən dağ boyda olmuşdu. Obalaca uşağın sevincdən gözləri dolmuşdu. Çünki Ulu Öndər Heydər Əliyev ondan soruşmuşduki, sizin ailə vəziyyətiniz, dolanışığınız necədir? Və o balaca uşaqgilin də evşəraiti çox yaxşı deyildi. Yəni atası-anası da fəhlə işləyirmişlər. Səhv eləmirəmsə,atası neftçiydi.

Ulu Öndərin göstərişiyləqeyri-adi səsə malik olan bu balaca uşağa "Gənclik”də üçotaqlı mənzil verirlər.O üçotaqlı mənzilin bütün mebelləri, əşyaları dövlət tərəfindən alınır və o evəgətirilir. Və bu balaca uşağın qeyri-adi səsi onlara elə bir sevinc, elə bir xoşbəxtlikbəxş edir ki, yatsa yuxularına da girməzdibu anlar…

… O balaca uşaq hərdəfə səhnəyə çıxanda elə alqışlanırdı ki, hətta xalq artistləri bu alqışlara qısqanclıqlayanaşırdılar. Çünki onlara bu möhtəşəm saraydan bu qədər gur alqışlar çalınmamışdı.Onlara da alqışlar olurdu. Ancaq o balaca uşağa olan kimi o alqışlar elə də gur deyildi.

Bir dəfə də o balacauşaq «Ana Kür»ü oxudu. «Ana Kür»ü elə oxudu ki, bütün qəlblər, bütün ürəklər titrədi,riqqətə gəldi. Və bu balaca uşaq öz «Ana Kür»üylə ürəklərə yeni bir sevinc gətirdivə bu mahnıya özünəməxsus möhür vurdu. Axı bu mahnını çox istedadlı və böyük müğənni,xalq artisti Gülağa Məmmədov möhtəşəm ifa eləmişdi. Və hamı da düşünürdü ki, bumöhtəşəm ifadan sonra çətin ki, bu mahnı kiminsə ifasında elə gözəl səslənsin…

«Ana Kür» o balacaqızın ifasında da yeni avazda, yeni ritmdə, yeni improvizasiyada səsləndi. Və obalaca uşaq bu mahnıya elə rənglər, elə çalarlar, elə ritmlər gətirdi ki, çox tanınmış musiqiçiləri də silkələdi…

Və o balaca qızınadı Xeyransa, soyadı isə Məmmədova idi. Bu uşaqbir mələyə bənzəyirdi. Bunu elə-belə demirəm ha. Çünki o uşağın 11-12 yaşıolanda özüm görmüşəm. İnsan nə qədər şirin, nə qədər duzlu, nə qədər səmimi olar.Balaca uşaq olasan, öz şeytanlığınla, şirinliyinlə ürəklərə girməyi bacarasan. Vəbu balaca uşaq çox az bir zamanda bütün azərbaycandasevildi, bütün Azərbaycanda əzizləndi. Və hamının da yaddaşına, ürəyinə öz adını – Xeyransa Məmmədovanı yaza bildi.

Xalq, bəstəkar mahnılarını,muğamları bu balaca uşaq elə oxuyurdu ki, adam düşünürdü yəni bu, çox bişmiş birxanəndədi, müğənnidi. Allah-Təala ona elə bir istedad vermişdi ki, hansısa xalqartistinin, tanınmış müğənninin 40-50 ildə eləyə biləcəyini o bir neçə ildə eləməyibacarmışdı. O, bir neçə ildə şirin mahnılarıyla, müsiqiləriylə yeni bir rəng gətirdi…

Bir gün yaxın dostum,xalq artisti Arif Quliyev dedi ki, sabah səninlə gedəcəyik Xeyransa Məmmədovagilə.Sözün düzü, bu xəbəri eşidəndə özümü birtəhər hiss elədim və Arif Quliyevdən soruşdumki, o balaca qızcığazgilə deyirsən? O da başını tərpədib «hə» dedi. Bəs bilmirsən,Xeyransa Məmmədovaya Heydər Əliyev «Gənclik»də üçotaqlı mənzil verib. Kiçik birhədiyyə də almışam. Gedək onu təbrik eləyək.

Sabahı gün saat 10-11 radələrində onların qapılarını döydük.Elə qaplarını da o dəcəl, o şirin, o şıltaq uşaq açdı. Gözlərimə inanmadım. ArifQuliyevi görən kimi onun qucağına atıldı. Atası kimi boynuna sarmaşdı. Bir qədərdənsonra atası ilə görüşdük. anası ilə hal-əhval tutduq. Sevinclərindən bilmirdilərneyləsinlər. Atası dedi ki, heç yuxuda da ağlıma gəlməzdi ki, mənə belə yarlı-yaraşıqlı,içərisində mebeli olan ev bağışlayalar. Buevi bizə Heydər Əliyev bağışlayıb və bizi çətin vəziyyətdən xilas eləyib. İndi hamımız bu evə yığışmışıq, onun işığına toplaşmışıqvə Heydər Əliyevə də dua eləyirik. O kişi bizi çıxılmaz vəziyyətdən xilas elədi.

Beş-on dəqiqəniniçində masanın üzərini şirniyyat məhsulları bəzədi. Çay gətirdilər. Arif Quliyevingətirdiyi tortu da kəsdilər. Bir sözlə, mən həmin mənzildə olduğum bir saat ərzindəkasıb bir ailənin necə sevindiyinin, fərəhləndiyinin şahidi oldum. Allah-Təala buailəni sevindirməklə yanaşı, onlara həm də istedadlı bir uşaq da bəxş eləmişdi.Və o istedadlı uşaq bu ailəni bütün Azərbaycanaöz səsiylə tanıtdırdı, sevdirdi.

Səhv eləmirəmsə,Xeyransa Məmmədova Könül Xasıyeva, Gülüstan Əliyev və digər istedadlı gənclərləmusiqi məktəbini bir yerdə oxumuşdu. Onların hər birinin səsi yeni səs idi, yeniavaz idi, yeni çalar idi. Və hər bir gənc müğənni Azərbaycanda əməlli-başlı səssalmışdılar. Və bu səslər ağıydımı, sarıydımı, qırmızıydımı, yaşılıydımı, çəhrayıydımıdeyə bilmərəm?! Amma bir onu bilirdim ki, bu səslər və o cümlədən o balaca uşağınsəsi çoxlarını dəli eləmişdi. Xeyransa Məmmədovanın səsi mənim də iliyimə, sümüyüməhopmuşdu. O səs vallah, məni dəli eləmişdi. Hər dəfə də Arif Quliyevə deyirdim ki,ay qardaş, bu uşağı Allah qorusun. Bu səs deyil ey, möcüzədi, möcüzə!..

O balaca uşağa Allahnə boyda istedad vermişdisə, ona başqa bir şey də bəxş eləmişdi. Çünki o balacauşaq şəkər xəstəsiydi və şəkər xəstəsi olduğuna görə də çox konsertlərə gedə bilmirdivə orda iştirak etmirdi. Amma yenə gücünü toplayardı, özünü ələ alardı, dəmir iradəsihesabına səhnəyə çıxardı və öz möcüzəli səsiylə salonu lərzəyə gətirərdi…

Xeyransa Məmmədovacəmi 29 il yaşadı. Və bu 29 ildə çox ağır,çətin, sıxıntılı anlarla üzləşdi. Və hər dəfə də xəstəliyə üstün gəlmək istədi.Çox vaxt xəstəliyin üstünə yeriyirdi, qorxmurdu, ruhdan düşmürdü. Amma o zəhrimarxəstəlik də ondan əl çəkmirdi. Və günlərin birində də Allahın dərgahına qovuşdu…

… O balaca qızcığazölməyib. Çünki oxuduğu mahnılar, səsləndirdiyi ifalar onu hər an, hər dəqiqə yaşadır.Heç «Ana Kür» də ölərmi?! Heç minlərlə tamaşaçılarınsəslənən mahnılara olan alqışları yaddan çıxarmı?! Heç ürəkləri silkələyən, daşürəkləri belə yumuşaldan, qaranlıq qəlblərə işıq gətirən səs itərmi?! Heç o balacauşağın ürəklərdə yaratdığı sonsuz məhəbbət unudularmı?!

Nə yaxşı ki, bugünlərdəİctimai Televiziya çox böyük xeyirxahlıq edib onunla bağlı maraqlı bir veriliş hazırlayıb.Və o maraqlı verilişdə o balaca qızcığazın oxuduğu bir neçə mahnı yenidən səsləndi.Və o maraqlı verilişdə onun sənət dostlarıdanışdılar. Və o maraqlı verilişdə Xeyransa Məmmədovanın 80 yaşlı ağ saçlı anasınıgördüm. Onun kövrələ-kövrələ danışdığının şahidi oldum. Ana öz övladı barəsində yana-yana danışırdı və anaXeyransanın yoxluğuna inanmırdı. Xeyransanın bacısı da o verilişdə bir mahnı oxudu.Onun oxuduğu mahnı Xeyransanı xatırlatdı mənə…

Qızıl səslər, ağsəslər heç vaxt ölmürlər. Və Xeyransa Məmmədova da heç vaxt ölməyib. Əgər o şirinsəs yaşayırsa və o şirin səs səslənirsə, deməli, Xeyransa o mahnılarda, o ifalardayenidən bizimlə görüşə gəlir. Mənim yaddaşımda Xeyransa Məmmədova o balaca uşaqkimi qalıb. Daha doğrusu, o balaca mələk kimi ürəyimdə iz qoyub, səsi və şirinliyiilə yaddaşıma əbədi həkk olunub. Yaddaşa və ürəyə əbədi həkk olunan xeyransa məmmədovalarheç vaxt ölmürlər. Hər dəfə lentləri səsləndiriləndə yenidən evimizin qonağı olurlar,qəlbimizə işıq saçırlar və ruhumuza sığal çəkirlər. Qoy onun da ruhuna Allah-Təalasığal çəksin!..

TƏQVİM / ARXİV