adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
28 Noyabr 2017 12:27
10983
DÜNYA
A- A+

Makronun keçmiş koloniyalara səfəri

Fransa prezidenti Makronun Burkina- Fasoya səfəri ərəfəsində fransız əsgərlərinin əyləşdiyi maşınına tərəf qumbara atılıb. Hadisə 27 noyabr tarixində ölkənin paytaxtı Uaqaduquda baş verib və hadisə nəticəsində 3 nəfər mülki vətəndaş yaralanıbKİV-lərin məlumatına görə Burkina- Fasonun hakimiyyət dairələri Fransa prezidentinin təhlükəsizliyi ilə bağlı əlavə tədbirlər görüb.

Bildirilir ki, fransız əsgərlərinin xüsusi təyinatlıları bu ölkədə terrorizmlə mübarizə aparmaq üçün yerləşdirilib.

Fransa prezidenti Makron üç günlük səfəri zamanı Afrikanın bu regionlarına nəzarətlərinin gücləndirilməsi məqsədi ilə gəlib. O, səfər zamanı keçmiş kaloniyaları, Kot-d İuvar və Qanaya da gedəcək.

Rüstəm HACİYEV