adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Noyabr 2017 12:26
16821
DÜNYA
A- A+

ABŞ hərbiçiləri dünyanın hər yerində

ABŞ-ın müdafiə nazirliyinin şəxsi heyyətlə iş üzrə mərkəzi bu ilin noyabr ayının 30-na olan məlumata əsasən xarici ölkələrdəki hərbiçilərinin sayını açıqlayıb. 

Bu barədə məlumat verən ABC News agentliyinin yazdığına görə, hazırda Suriyada əvvəllər Vaşinqtonun bəyan etdiyindən dörd dəfə çox, yəni 1720, İrakda 3500 nəfərdən çox, yəni 8992, Əfqanıstanda isə 8400 nəfərdən çox yəni 15282 amerkan əsgəri var. Bundan başqa Əfqanıstanda 1202 nəfər müdafiə nazirliyinin müxtəlif strukturlarında çalışan ABŞ-ən mülki vətəndaşları da var.

ABŞ-ın müdafiə naziriliyinin rəsmi nümayəndəsi Robert Menninq jurnalistlərə bildirib ki, "hesabatda göstərilən bu məlumatlar heç də xarici ölkələrdəki hərbiçilərimizin tam göstəricisi deyil. Çünki hesabatda amerkan ordusunun bu və ya digər dövlətlərdə müvəqqəti rotasıyası nəzərə alınmayıb”