adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Noyabr 2017 12:10
7356
GÜNDƏM
A- A+

Türkiyənin aldığı S-400-lər öz nəzarətində olacaq

Rusiyanın S-400 zenit-raket kompleksinin (ZRK) idarə edilməsi sistemi Türkiyə tərəfinin nəzarətində olacaq.

Adalet.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli deyib.

N.Canikli qeyd edib ki, Türkiyənin Rusiyadan alacağı S-400 ZRK-nı NATO-nun hava hücumundan müdafiə sisteminə inteqrasiya etmək mümkün deyil, lakin bu, Alyansın müdafiə sisteminə ziyan verməyəcək.

Qeyd edək ki, Türkiyə Rusiya istehsallı S-400 zenit-raket komplekslərini 2019-cu ildə əldə edəcək.