ANA SƏHİFƏ / SİYASƏT

PA rəsmisi: “Bu, çox təhlükəli bəyanatdır”

5434    |   2017-11-28 11:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Azərbaycan müasir dövrdə nadir ölkələrdəndir ki, multikulturalizm burada dövlət siyasətidir".

Adalet.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin baş məsləhətçisi Etibar Nəcəfov "Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik” mövzusunda keçirilən beynəlxalq konfrans deyib.

PA rəsmisi qeyd edib ki, multikulturalizm ənənələrindən biri Azərbaycanda dövlət və din münasibətlərinin yüksək səviyyədə olmasıdır: "Bəzi ölkələr multikulturalizm siyasətindən üz döndərilməsi və problemlərin yaranmasından şikayət edir. Hətta bəzi bəyanatlar verilir ki, multikulturalizm iflasa uğrayıb. Bu, çox təhlükəli bəyanatdır. Çünki əgər mulikulturalizm iflasa uğrayıbsa, bunun alternativi semitizim, islamafobiya, ksenofobiya və bu kimi mənfi amillərdir".

PA rəsmisi əlavə edib ki, Azərbaycan multikulturalizm siyasətini dövlət siyasəti kimi qəbul edib: "Azərbaycan sivilizasiyalararası dövlətdir. Bizim təcrübəmiz öyrənilir. Başqa ölkələrdə də dinlər və millətlərarası münasibətlər sağlam zəmində qurulacaq. Multikulturalizm siyasəti ölkənin həm daxili, həm də xarici siyasətində özünü göstərir".



İmza:
SON XƏBƏRLƏR
2018-02-22
2018-02-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Real" PSJ-yə qalib gələcəkmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Xeyrulla salam, necəsən? Nəsə toydan sonra səsin çıxmır, təzə gəlin bacıyla necəsən?
- Hər şey əladı, mən heç zaman bu qədər xoşbəxt olmamışdım.
- Arvad yanındadı deyəsən.
- Mən həyatımdan çox razıyam.
- Başa düşdüm. Möhkəm dur qardaş, neyləmək olar?!




digər lətifələr
ARXİV
FACEBOOK