adalet.az header logo
  • Bakı 13°C
27 Noyabr 2017 17:44
13846
İDMAN
A- A+

“Ronaldo ilə dost olacağıma inanmıram” – Messi

"Barselona”nın hücumçusu Lionel Messi "Real”ın futbolçusu Kriştino Ronaldonun gələcəkdə dost ola biləcəkləri barədə söylədiyi fikirlərə münasibət bildirib.

Qol.az-ın xəbərinə görə, "Marca” nəşrinə verdiyi geniş müsahibədə argentinalı ulduz jurnalistin bununla bağlı sualını da cavablandırıb.

O qeyd edib ki, Ronaldo ilə dost olacağını düşünmür: "İnanmıram ki, bu baş versin. Dostluq birgə vaxt keçirməklə və bir-birini yaxından tanıyandan sonra yaranır. Bizim isə heç bir münasibətimiz yoxdur. Meydandan kənarda yalnız tədbirlərdə görüşürük və orda söhbət edirik. Bizim münasibətlərimiz qaydasındadır. Amma həyatda yolumuz kəsişməyib”.