adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
27 Noyabr 2017 16:53
15496
SİYASƏT
A- A+

Putin Azərbaycandakı səfiri geri çağırdı

Rusiya Prezidenti Vladimir Putin bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxinin geri çağırılması haqda sərəncam imzalayıb.

Adalet.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya prezidentinin bu gün imzaladığı sərəncamla Doroxin vəzifəsindən azad olunub.

Qeyd edək ki, V.Doroxin 2009-cu ilin fevral ayının 24-dən indiyədək Rusiyanın Azərbaycanda səfiri vəzifəsini icra edib.(azvision.az)