adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
27 Noyabr 2017 16:36
17338
DÜNYA
A- A+

“Rza Zərrabı tanımıram” - Sabiq merdən iddialara cavab

Ankaranın sabiq meri Melih Gökçek özü və oğlu Osman Gökçekin adının "Rza Zərrab” olayı ilə əlaqələndirilməsinə sərt reaksiya verib.

Adalet.az xəbər verir ki, M.Gökçek bu məsələdə adını hallandıranları məhkəməyə verəcəyini açıqlayıb.

"Rza Zərrabı nə mən, nə də oğlum tanıyır. Həyatda bir dəfə olsun onunla danışmamışıq. Bu məsələdə adımızı hallandıranlara xəbərdarlıq edirəm. Yaxalarını buraxan namərddir”, - deyə M.Gökçek bildirib.