adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Noyabr 2017 16:20
12268
MƏMLƏKƏT
A- A+

Azərbaycanda əkin yerlərini yandıranlar CƏZALANDIRILACAQ

Əkin yerlərinin yandırılmasına görə cəzaların məbləği müəyyənləşib.

Adalet.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə sənəd təqdim edilib.

Yeni sənədə əsasən, İnzibati Xətalar Məcəlləsinə yeni 244-1 (Əkin yerlərinin yandırılması) maddəsi əlavə edilir.

Maddədə göstərilib ki, əkin yerlərinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manata qədər, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manata qədər, hüquqi şəxslər isə 5 000 manatdan 6 000 manata qədər cərimələnəcəklər.

Layihə qəbul olunduğu təqdirdə 2018-ci il fevralın 1-dən qüvvəyə minəcək.

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik parlamentin Aqrar siyasət komitəsinin sabah-noyabrın 28-də keçiriləcək iclasında müzakirə ediləcək.(modern.az)