adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
27 Noyabr 2017 15:55
14847
SİYASƏT
A- A+

Kosta Rika Azərbaycanda səfirlik açır

Kosta Rikanın xarici işlər və etiqad naziri Manuel Gonzalez Sanz 28-29 noyabr tarixlərində Azərbaycan da səfərdə olacaq.

Bu barədə Adalet.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində nazir M.Gonzalez Sanzın Azərbaycanın xarici işlər naziri E.Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü, eyni zamanda Kosta Rikanın Azərbaycandakı səfirliyinin açılış mərasimində iştirakı planlaşdırılıb.