ANA SƏHİFƏ / İDMAN

Azad Rəhimov Abu-Dabidə ərəb şeyxlərlə görüşdə

5741    |   2017-11-27 15:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə Formula-1 yarışlarının finalı keçirilib.

Azərbaycanın BƏƏ-dəki səfirliyindən bildirilib ki, ölkəmizin gənclər və idman naziri Azad Rəhimov bu məqsədlə Abu-Dabiyə səfər edib.

A.Rəhimov səfəri çərçivəsində noyabrın 26-da BƏƏ-nin Vəliəhdi Şeyx Məhəmməd bin Zayed əl Nəhyanla görüşüb. Nazir Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və final yarışlarına dəvətə görə təşəkkürünü Vəliəhdə çatdırıb. Şeyx Məhəmməd bin Zayed əl Nəhyan, öz növbəsində, salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib və tədbirdə iştiraka görə nazirə minnətdarlığını bildirib.

Azad Rəhimov, həmçinin BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdulla bin Zayed əl Nəhyan və tolerantlıq naziri Şeyx Nəhyan bin Mübarək əl Nəhyan, Böyük Britaniya Krallığının Şahzadəsi Endrü, Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov və Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Alişer Usmanovla görüşlər keçirib.

Tədbirdə və görüşlərdə Azərbaycanın BƏƏ-də səfiri Daşqın Şikarov da iştirak edib.



İmza:
SON XƏBƏRLƏR
2018-05-22
2018-05-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Çempionlar Liqasının qalibi hansı komanda olacaq?

"Real" Madrid (53.85%)
"Liverpul" (46.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kürəkən qayınanasına SMS yazır:
- Sizin istehsal etdiyiniz məhsul (qızını nəzərdə tutur) zaydır, heç bir işə yaramır. Nə yemək bişirə bilir, nə də paltar ütüləyə bilir.
Qayınana cavab yazır:
- Məhsul neçə il bundan əvvəl satıldığına görə, istehsalçı məsuliyyət daşımır...




digər lətifələr
ARXİV
FACEBOOK