ANA SƏHİFƏ / HÜQUQ

MTN generalı bəraət istədi

37425    |   2017-11-27 15:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Trend-in məlumatına görə, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə E.Quliyev son sözlə çıxış edib. O, verilən ittihamları qəbul etmədiyini, günahsız olduğunu və məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Prosesdə son söz deyən sabiq MTN polkovniki A.Mehdiyev də məhkəmədən bətraət istəyib.

Məhkəmə hökm elan etmək üçün müşavirəyə yollanıb və proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Xatırladaq ki, prokuror E.Quliyevin 15 il, A.Mehdiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Eyni zamanda, onların hərbi rütbədən məhrum olunması və əmlaklarının müsadirə edilməsi də təklif edilib. Prokuror Dövlət Təhlükəsizlik Xidmətinin təqsirləndirilən E.Quliyevə qarşı qaldırdığı 7 milyon manatlıq mülki iddiasının, həmçinin cinayət işində adı keçən zərərçəkmişlərin də mülki iddiasının təmin olunmasını tələb edib.

Qeyd edək ki, E.Quliyev, A.Mehdiyev və digər şəxslər 2015-ci ildə həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onların barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb.

Həmin şəxslər Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.

Xatırladaq ki, MTN ətrafında baş verən hadisələrdən sonra nazirliyin Antiterror Mərkəzinin rəisi general-mayor E.Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər adına Akademiyasının kafedra rəisi təyin edilmişdi.




İmza:

Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar verdi

Bəraət aldığını eşidən dustaq huşunu itirdi - Hökm

“Pulum olmayanda ondan istəyirdim” - “Qoca” ilə birgə həbs edilən məhbus

Bakıda qadın onu intim fotoları ilə şantaj edəni bağışladı

Nazirlik zavodu məhkəməyə verdi

Həyat yoldaşı ilə 4 qızını öldürən kişi və oğlu ömürlük həbs cəzası aldı

“Ora gedəndə öyrəndik ki, oğlum artıq morqdadır” - Narkoloji Mərkəzdəki yanğın işi

Sabiq rəis müavini: Fədayə Laçın qadın olduğu üçün bunu ona etmədik

Fədayə Laçının məhkəməsi davam etdirilib: "Çox vaxt daxili rejim qaydalarını pozurdu"

Azərbaycanda 4 vəkilin fəaliyyəti dayandırıldı

Akif Çovdarovun general rütbəsi niyə geri alınmadı? - AÇIQLAMA

Məhkəmə prokurorluğun protestini rədd etdi, sürücü bəraət aldı

SON XƏBƏRLƏR
2018-09-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK