Aqil ABBAS: HƏKİM EŞŞƏK ƏTİ BUYURUB?!

AQİL ABBAS
792589 | 2017-11-28 10:41

Qarabağlıların işlətdiklərimaraqlı ifadələrdən biridi. Kimsə bacarmadığı işə girişəndə, bilmədiyi bir məsələ ilə bağlı mübahisə edəndə, özünün və sözünün yerini bilməyəndə deyirlər ki: « Ə, nədi, həkim eşşək əti buyurub?!»

Həkim bir xəstəninsağalması üçün ona hansı dərmanı yazsa, nəyi yeməli olduğunu desə, gərək əməl edəsən ki, sağalasan.Yəni əgər eşşək əti də buyurubsa, gərək yeməlisən. İndi bacarmadığın işə girişirsənsə, özünün və sözününyerini bilmirsənsə, yəni otur yerində də, həkim eşşək əti buyurmayıb ki!

Ateistlər. Yəni Allahın varlığını dananlar.Bunlar sıradan adamlar deyillər. Elmli, savadlı, geniş dünyagörüşünə malikziyalılardılar. Deyək ki, onlar insanlarınAllah tərəfindən deyil, meymundan yarandığına inanırlar (amma meymunu da Allah yaradıb). İnansınlar.Eybi yox, kimisi Adəmdən törəyər, kimisi də meymundan. Bu da onların «dinidi».

Universitetdə ateizmdərsi keçirdilər. Amma o boyda professorlar bircə nəfəri də inandıra bilmirdilərki, Allah yoxdu. Əksinə, bu dərs kitablarını oxuduqca, o professorların mühazirələrinə qulaqasdıqca Allaha daha çox inanırdın.

Şopenhauerin ateistlərlə bağlı belə bir fikri var. Özü Allaha inanmır, amma qəribədir ki, and içəndə üz tutub göylərə and içir. Hər bir uğuru üçün Göylərə minnətdarlıq edir. Bizim ulu babalar da Göylərəand içiblər, bu gün də biz bu andı içirik. Yəni bərk dursaq Şopenhauerintürk kökənli olduğunu sübut edə bilərik.

Gələk Şopenhauerin fikrinə. Deyir ki, yığışıb cild-cild kitablar yazırlar ki, Allah yoxdur. Allah yoxdursa, yoxdur da, bu qədər kitabları niyə yazırsınız? Siz bu kitabları yazmaqla Allahın varlığınısübut edirsiz.

Arkadaş, ateistsən,çox gözəl. Buyur,öz fəlsəfi görüşlərini yaz, oxuyuq xoşbəxt olaq. Amma day inanclıinsanları təhqir eləmə, aşağılama, alçatma,onların inanclarına lağ eləmə. Həkim eşşəkəti buyurub?

Gələk mətləbə. Savadına,dünyagörüşünə hörmət elədiyim Elşad Miri (özü də ilahiyyatçıdı, yəni ateist deyil) durubdurduğu yerdə deyir ki, «Quran» müqəddəskitab deyil və çünki bu Kitabda onun müqəddəs olmağı haqqında heç nə yazılmır.Arkadaşın sözündən belə çıxır ki, «Quran» adi kitablardanbiridi. Yəni «Quran»la onun nəşr etdirdiyi kitablar arasında heç birfərq yoxdur.

Var, arkadaş, var.Özü də çox böyük fərq var. «Quran»da Allahınkəlamları toplanıb, sənin-mənim kitablarımızda isə bizim düşüncələrimiz. Aradakıfərq heç bir ölçüyə gəlməz. İncil də, Tövratda müqəddəsdi. Çünki həmin kitablardada Allah kəlamı yazılıb.

İkincisi, gərək mütləq«Quran»ın içinə yazılmalıydı ki, bu müqəddəs kitabdı? Nə Vətən torpağının üstünə, nə bayrağın, nə çörəyin üstünə, nə dəanaların alnına «müqəddəs» sözü yazılmayıb.Amma hamımız onları müqəddəs kimi qəbul edirik.Çünki həm «Quran»ı, həm çörəyi, həm Vətəni, həm bayrağı, həm də ananı müqəddəs edən amillər var.

Hacı Şahin Elşad Miriyə lazımi və layiqli cavabı verib. Hacı Şahin kimi görkəmli bir din xadimindən sonra mənə bu məsələdə daha geniş nə isə yazmaq düşməz.

Məndin xadimi deyiləm, hər halda fanatik dindar da deyiləm.Əgər Elşad Mirinin bu fikri məni hövsələdən çıxardırsa, görün inanclı insanlar bu sözləri eşidəndə hansı hissləri keçiriblər və keçirirlər.

Arkadaşlar, həkim eşşək əti buyurub, nə istəyirsiz bu inanclıinsanlardan?


TƏQVİM / ARXİV