«QABİL»

ƏBÜLFƏT MƏDƏTOĞLU
53878 | 2017-11-27 12:35

Mahir Qabiloğluna oxucu təşəkkürü

Gəlin açıq danışaq.Bu gün ədəbi cameədə qəribə bir tendensiya var. Yəni dünyasını dəyişmiş söz adamlarımızaikili münasibət birmənalıdı. İstər dünyasını dəyişən həmin söz adamının şəxsi keyfiyyətləri, yəni yaradıcılıqimkanları, istər onun özündən sonra qalan varisləri…

Bax, əgər bu dediyimfikir yuxarılardan dəstəklənirsə, onda həmin müəllif unudulmur. Yəni o, ara-sıragündəmə gətirilir, xatırlanır və onun söz boğçası tez-tez açılıb oxucu qarşısındasərilir. Və yaxud imkanlı (söhbət maddi durumdan gedir), ya da vəzifəli varisi varsa,onda da həmin dünyasını dəyişmiş ədəbiyyatadamı bizimlə bir yerdə olur. Amma Kərəmi onda ağlamaq tutur ki, dünyasını dəyişmişədəbiyyat adamının və yuxarıda xatırlayanın, həm də maddi imkanı olan varisi olmasın…

Bu dediyim fikirkiməsə xoş gəlməyə bilər. Olsun, hər kəs öz fikrində sərbəst və hüquq sahibidir.Mən bunları görə-görə gəlmişəm. Xüsusilə müstəqilliyimiz illərində bu daha çılpaqbir şəkildə ortaya çıxıbdı. Birmənalıdır ki, yuxarıdan və ya övlad tərəfindən gündəməgətirilməyən ədəbiyyat və incəsənət adamları– şair, yazıçı, rejissor, aktyor və digərləriyaddaşda ilişib qalır, o da xalqın yaddaşında. Gündəmin isə sahibləri başqalarıolur. Hətta bəzən onların üzərinə basqılarda edirlər, haqlı,ya da haqsız. Bax, bütün bunların fonundamən yazı masamın üstündəki yeddi cildliyi çox böyük sevgiylə gözdən keçirirəm. Öncəona görə ki, bu yeddi cildliyin müəllifi haqq dünyasına qovuşsa da, səhv düşən yerimizi bizə göstərən xalqşairi Qabildir. Onun dediyi kimi, biz müsibət ola-ola səhv düşən yerlərimizi görmürük.Əksinə, o müsibətə müsibət qatırıq. Lakin bir məqam var. O məqamın da ipucu Qabil sözünün hökmündə, çəkisində, necədeyərlər, vəznindədi. Onu görməmək, ondan yan keçmək heç də asan deyil. İllah da,meydanda Mahir ola. Yəni Mahir Qabiloğlu!


Çox dəyərli Mahirbəy, bu yazını bir oxucu sevgisiylə sizə ünvanlayıram. Çünki siz çox savab bir işgörmüsünüz!Mənim nəzərimdə hətta Həcc ziyarəti qədərsavab bir iş!İkincisi, siz övlad, oğul kimi ata qarşısındaçiyninizi Qabil yaradıcılığının ağır yükünədayaq verib onu bütöv bir halda ortaya qoymusunuz. Üçüncüsü, siz xalq şairi Qabilinkülliyatını bizə təqdim etməklə düzünü deyim ki, həm də özünüzün ədəbiyyatsevər,söz fədaisi kimi də gələcək taleyinizi sığortalamısınız. Nə vaxt, hansı anda, hansıyerdə əlimizi bu kitablara uzatsaq. Və nə vaxt hansı yerdə, hansı ovqatla Qabilpoeziyasından nümunləri dilimizə gətirsək… onda şəxsən mənim yanımda siz də olacaqsınız.Mən bu fədakarlığınıza, Qabilə olan sevginizə və nəhayət, övlad missiyanıza görəsizəçox-çox təşəkkür edirəm.

Dəyərli oxucular!Hər kəsin öz baxış bucağı var və bu bir həqiqətdir ki, hər söz, hər yazar etalondeyil. Mənim sevdiyim yazıçını, şairi, aktyoru, rejissoru sizlər sevməyə bilərsiniz.Bu sizin haqqınızdır. O cümlədən də xalq şairi mərhum Qabil müəllimə də hər birinizinfərqli münasibəti ola bilər. Amma mən bütün fərqləri bir kənara qoymaqla demək istəyirəm ki, bu gün ortalıqdaolan və çox nəfis şəkildə çap olunmuş xalq şairi Qabilin yeddi cildlik əsərləriədəbiyyatımız üçün hadisədir. Bu kitablardakı yaradıcılıq silsiləsinin ardıcıllığı,Qabilin bütün söz dünyasının toplanması bizə bəlli olmayan yazılarının da işıq üzügörməsi və nəhayət, yeddi cilddəki fotoların hər biri tarix olmaqla yanaşı, həm də bir ömrün əksidi,ifadəsidi, bir şair taleyinin cizgiləridi. Mən Qabilin yaradıcılığını, sözünü şərhetmək, araşdırmaq, onu hansısa bir formada ələmək fikrindən həm uzağam, həm də bumənim gücüm daxilində deyil. Çünki Qabilədəbiyyatda yeri, möhürü,özü və sözü olan adamdı. Sadəcə, mən bu külliyyata baxdıqca şəxsən tanıdığım, barəmdə xoş sözlər söyləmiş,müəyyən məqamlarda haqqımıqorumuş bir xalq şairininyaddaşıma hopmuş mənə məlum günlərini gözümün önündən keçirdim. Şəkillərə baxdımvə bir anlıq da olsa doğulduğum Qarabağ, Tuğ kəndinə qayıtdım. Onun bu kəndə səfərinivə bu səfər zamanı bizə yaşatdığı anları təkrar yaşayıram…

Çox hörmətli Mahir Qabiloğlu, siz yeddi cildliyibir övlad sevgisiylə yanaşı, həmdə naşir peşəkarlığı ilə tərtib etmisiniz. Ailə albomundan seçdiyiniz fotolarınhər biri bunu bir daha sübut edir. Çünkibu fotolarda Qabil təkcə görünmür, həm dəyaşayır, düşündürür və bizimlə yanaşı dayanır. Bütün bunlara görə, xalq şairi Qabili təkrar bizim dünyamıza gətirdiyinizə görə,sizə oxucu və çiynimdə haqqı olan ustada baş əyib onun ruhuna minnətdarlığımı, sizəisə can sağlığı arzularımı çatdırıram. Var olun!


TƏQVİM / ARXİV