adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
27 Noyabr 2017 12:05
15871
ELM VƏ TƏHSİL
A- A+

Avropa nəşri: “İKT tətbiqi – UNEC nümünəsində”

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru, dosent Anar Rzayev və "Beynəlxalq iqtisadiyyat” (ingilisdilli) kafedrasının müəllimi Turan Süleymanovun birgə hazırladığı elmi məqalə Macarıstanın SEFBIS jurnalında dərc edilib.

UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Adalet.az-a verilən məlumata görə, məqalə "Dövlət universitetində İKT-nin tətbiqi – UNEC nümünəsində” mövzusunda olub. Məqalədə UNEC-də tətbiq olunan İKT sisteminin geniş təsviri verilib və əsas üstünlükləri açıqlanıb.

Eyni zamanda, İKT-nin UNEC nümünəsində tədris, təhsil və inzibati idarəetmədə səmərəlilik və keyfiyyətin artmasına təsiri araşdırılaraq qiymətləndirilib.

SEFBIS jurnalı Macarıstanın biznes informasiya sistemləri üzrə ən nüfuzlu elmi jurnaldır.