adalet.az header logo
  • Bakı 18°C
27 Noyabr 2017 10:53
10365
GÜNDƏM
A- A+

Misirin Bakıdakı səfirliyində dövlət bayrağı endirilib

Misirdə noyabrın 24-də məsciddə baş verən terror aktına görə elan olunan matəmlə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib.

Misirin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, matəm üç gün davam edib.

Qeyd edək ki, noyabrın 24-də terror nəticəsində ölənlərin sayı 305-ə çatıb. Yaralıların sayı 128 nəfər olub. Terror aktına görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.