adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
27 Noyabr 2017 10:09
4028
HADİSƏ
A- A+

Sumqayıtda köməksiz qalan 3 azyaşlı xilas edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 3 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi səbəbilə mənzildə köməksiz vəziyyətdə qalıb.

Bu haqda Adalet.az-a FHN-dən bildirilib.

Məlumata görə, Sumqayıt Regional Mərkəzinin xilasediciləri həmin ünvana gələrək qapının açılmasını təmin ediblər.

Əməliyyat başa çatıb.