adalet.az header logo
  • Bakı 16°C
27 Noyabr 2017 10:04
21502
KRİMİNAL
A- A+

Ukraynada 60 avtoritet saxlanıldı

Ukraynada 60 kriminal avtoritet həbs edilib.

Adalet.az xarici mediaya istinadən xəbər verir ki, xüsusi əməliyyat Ukrayna polisi və xüsusi təyinatlıları tərəfindən reallaşdırılıb.

Məlumata görə, əməliyyat keçirilən restoranda avtoritetlər Kiyev və digər regionlardakı kriminal vəziyyəti müzakirə edirmişlər. Müzakirədə iştirak edən bütün iştirakçılar polis idarəsinə aparılıb.

Saxlanılanların böyük əksəriyyəti əvvəllər bu və ya digər cinayətə görə məsuliyyətə cəlb edilən şəxslərdir.