ANA SƏHİFƏ / İDMAN

Bakıda karate çempionatı başladı

8674    |   2017-11-26 16:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bugün Şağan qəsəbəsində Azərbaycan Hayaşi haşito ryuko Karate do klubunun təşkilatçılığı ilə Respublika üzrə Karate çempionatı keçirilir.

Bu barədə axar.az-a açıqlama verən Azərbaycan Şitoriyo Karate do klubunun prezidenti, Karate do federasiyasının yaradıcısı, 7-ci dan qara kəmər sahibi Qafari Cəfər bildirib ki, bu, Azərbaycan Karate do Federasiyasının yaranmasının 20-ci ilinə həsr olunub:

"Bugünə qədər biz respublika üzrə yüzlərlə çempionat və dostluq görüşləri keçirmişik. Həmçinin tələbələrimiz xarici ölkələrdə çempionatlara gedib, orda uğurlar qazanıblar. Bugünki yarışımızda Bakıdan, bölgələrimizdən, hətta Güney Azərbaycandan qatılan iştirakçılarımız var”, - Q.Cəfər bildirib.

Federasiyanın prezidenti daha sonra karatenin ölkəmizdə inkişafı və gələcəyi haqqında danışıb:

"Azərbaycan xalqı döyüşkən və mübariz xalqdır, buna görə də bizim karatedə kifayət qədər uğurlarımız var.

Buna misal olaraq tələbələrimizdən dünya çempionu olmuş Zeynalov Mehman, Əlizadə Rəsul, Rəhimov Vüsal kimi karateçilərimizi göstərmək olar. Bundan əlavə, gənclərimiz var ki, onları Azərbaycan karatesinin parlaq gələcəyi adlandırmaq olar. Məsələn, Kərim Baştürk, Babayev Enes, Abbasov Orxan və s. Onların artıq beynəlxalq səviyyəli nailiyyətləri var”.

Q.Cəfər deyib ki, idmanın bütün növləri gözəldir, amma karate idmandan əlavə həm də dərin fəlsəfədir, elmdir. Karateyə başlamaq üçün heç vaxt gec deyil:

"Yəni bu idmanda yaşlı anlayışı yoxdu, məsələn, Yaponiyada 60 yaşlı şəxslər karateyə başlayıb və kifayət qədər uğur qazanıb. Ümumiyyətlə, taekvando, güləş, cüdo və s. kimi idman növlərində müəyyən yaş həddi ola bilər ki, bunun da özünə məxsus səbəbləri var, amma karate elə bir idman növüdür ki, burda 100 yaşında belə başlasan, gec hesab edilmir”.




İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-17
2018-11-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK