Nigeriyada silahlılar şəhəri işğal edib
"Boko Haram" təşkilatı Nigeriyanın Maqumeri şəhərini ələ keçirib.
Adalet.az xəbər verir ki, məlumatı yerli sakinlərə istinadən "Reuters" yayıb.
Məlumata görə, şəhər əhalisi yaxınlıqda meşəyə sığınıb.
Hələlik hərbi qurumlar məlumatı təsdiqləməyiblər.
"Boko Haram" Nigeriya, Çad və Kamerunda fəaliyyət göstərir.
Digər Xəbərlər
23 Aprel 2024 15:29