Hacıqabulda vaqon yanıb
Bu gün Hacıqabul rayonunda yanğın olub.
Adalet.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Talış kəndində ümumi sahəsi 24 m2 olan dəmir vaqonun taxta üzlüyü və içərisində olan əşyalar yanıb. Digər vaqonlar yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.