adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
26 Noyabr 2017 11:49
13367
SİYASƏT
A- A+

Hondurasda prezident seçkiləri keçirilir

Mərkəzi Amerika ölkəsi olan Hondurasda prezident, deputat və yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir.

"RİA Novosti”-nin verdiyi xəbərə görə, prezident postu uğrunda 9 namizəd mübarizə aparır.

Honduras Konstitusiyası bir şəxsin ardıcıl iki dəfə prezident seçilməsini qadağan etsə də, 2016-cı ilin dekabrında Honduras Ali Məhkəməsi hazırkı Prezident Xuan Orlando Ernandesin namizədliyini irəli sürməyə icazə verib.