adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
25 Noyabr 2017 13:32
15302
DÜNYA
A- A+

Paksitanda daha bir partlayış: 4 ölü, 16 yaralı

Pakistanda növbəti dəfə partlayış baş verib.

Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Pakistanın şimal-qərbində yerləşən Kvetta şəhərində qeydə alınıb. Naməlum şəxslər avtomobilə quraşdırdıqları partlayıcı qurğunu işə salıblar. Nəticədə ən azı dörd nəfər həlak olub, 16 nəfər isə ağır yaralanıb.

Yaralılar dərhal yerli xəstəxanaya çatdırılıb. Polisin məlumatına görə, nəqliyyat vasitəsi təhlükəsizlik qüvvələrinin yanında partladılıb. Hələlik heç bir terror qruplaşması partlayışla bağlı məsuliyyəti öz üzərinə götürməyib.