adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
24 Noyabr 2017 18:20
47845
MÜSAHİBƏ
A- A+

Emre Dağdelen: “İnam varsa, bütün qapılar açılacaq...” - MÜSAHİBƏ

Bir payız günü. 1983-ci il. 25 noyabrda Dağdelenler ailəsində balaca körpə dünyaya göz açdı. Adını Emre qoydular...

Mən onunla illər öncə tanış oldum. Cihangir küçəsində yerləşən "Firuzağa” camii ailəcə tanışlığımıza şahidlik etdi. Buna Allahın qisməti də demək olar. Həyatda qarşılaşdığımız acılı, şirinli günlərə baxmayaraq, möhkəm olacağımıza söz verdik. İnandıq, işlədik, həyatı və Allahı düşünüb həyatımızı davam etdik. Və beləcə illər keçdi. Fərqli insandır. İncə qəlbi var, səbri bir yerə qədərdir, həyata keçirdiyi layihələrdə birinci olmağı sevər, verdiyi sözə sahib çıxar. Bu xarakteri ilə damarlarında bir türk qanın axdığı hiss olunur. Bunu hiss etmək üçün sadəcə həsas olmaq lazımdır. Əldə etdiyi uğurlara görə hər zaman Allaha təşəkkür etdiyinin şahidi olmuşam. Doğulduğu torpağa, Türk insanına, millətinə bağlı bir insandır. Fenerbahçelidir. Buna baxmayaraq türk dövlətlərinin bütün komandalarını ön sırada görmək istəyir. Dünyanın bir çox ölkələrində səfərdə olub. Nədənsə, Azərbaycanlıları gözlərinin içindən tanıdığını dedi. İlk dəfə Bakıya 2008-ci ildə səyahət edib. Kitab mədəniyyətinə yüksək dəyər verir. Hətta, söhbət zamanı yazılan kitablar ata-babalarımızdan bizə qalan ən dəyərli mirasdır deyirdi. Mustafa Kamal Atatürk şəxsiyyətinə aşiqdir. Doğurdan da bir anlıq düşünəndəki, dünyada M.K.Atatürk, L.Tolstoy, Q.Q.Markes, F.M.Dostoyevski, Hüseyn Cavid, Nazim Hikmət, Can Yücəl, Orxan Vəli, Cəfər Cabbarlı yoxdur... Həqiqətən dünya çox bəsit və rəngsiz görünərdi! Bu səbəbdən Tanrı tərəfindən bizə verilən həyat dəyərlidir. Allah tərəfindən verilən can əmanətdir. Belə. Bütöv şəxsiyyət, sayğıdəyər Emre Dağdelen doğum gününüz mübarək! "Kardelen Group” şirkəti adından uğurlar arzu edirəm...Yaşayın, var olun!

Müsahibimiz Harun Reşit , Fatma Gül Özpınar , Mehmet Bayazıt məktəblərində ilk və orta təhsil alıb. Çukurova Üniversitesi inşaat mühendisliği fakültəsini bitirib. Kompüter sahəsində 6 il"yönetmen” köməkçisi olub. Xalqla əlaqələr işini icra edib. Və bir çox reklam və dövlət layihələrində yer alıb. 2010-cı ildən etibarən iş dünyasında şirkət sahibi olaraq işləməyə, firmalarla danışıqlar aparır.Beynəlxalq əlaqələr mövzusunda ölkədə və ölkədən kənar dərslər, sseminarlar alıb. Bu bilgilərdən dolayı işlərini İstanbulda davam etdirir.

Qarabağ mövzusunda, "Aprel döyüşləri”ilə bağlı söhbətimiz oldu. Türk vətəndaşı olsa da Qarabağ mövzusunda daim Azərbaycan xalqının yanındadır.

-Albert Eynsteyn müharibə haqqında deyib: Suveren dövlətlər mövcud olduqca müharibə qaçılmazdır! Əgər müharibə varsa, iki tərəfdən biri ya uduzmalı, ya da qalib gəlməlidir. Sizin üçün müharibə nə deməkdir?

- Bəli, müharibə kəlməsi insan üzərində böyük bir psixolojı basqı yaradır.Keçmişdən bu günə kimi, hələ də müharibələr davam edir. İllər keçir, ölkələr arası müharibələr bitmir. Öz axarı ilə hələ də davam edir. Biz insanlarda buna şahidlik edirik. Bütün müharibələrin siyasətə, iqtisadiyyata, texnikaya bağlı olduğunu düşünürəm. Dinindən, imanından aslı olmayaraq, hər bir insan cəmiyyəti siyasətin, iqtisadiyyatın, texnikanın qurbanına çevrilir. Ölkələr arası müharibələrin içində bunlar mütləqdir.

-"Quranı-Kərim”də yazıldığı kimi, şəhidlik uca zirvədir. Belə bir zirvəyə hər insan layiq ola bilməz. Emre Dağdelen şəhidlik zirvəsi haqqında nə düşünür?

-Peyğəmbərlikdən sonra ən böyük zirvənin şəhitlik olduğu deyilib. Bir millətin torpaqlarının vətən olması, ölkədə yaşayan kişilərin canını qurban verməsi ilə olur...

-Uzun illərdi "Qarabağ” müharibəsi davam edir. Bu məsələdə Azərbaycan hər zaman haqlıdır. Haqlı olmasına baxmayaraq bu müharibəni qazana bilmir. Və siz qardaş dövlətin vətəndaşı olaraq "Qarabağ”müharibəsi haqqında nə deyə bilərsiniz?

-Otuz ilə yaxındır "Qarabağ” müharibəsi davam edir. Bu savaşda bir çox qətliyamlar, insan itgiləri oldu. Azərbaycan Türkiyənin qardaş ölkəsidir. Biz bu gündə və hər zaman Azərbaycan dövlətinin yanında olmuşuq və yanındayıq... Azərbaycana dəstək vermək bizə qürur verir. Dünya ölkələrinin "Qarabağ” müharibəsinə diqqət etməmələrinin əsas səbəbi siyasətdir. "Qarabağ” Azərbaycan torpaqlarının və xalqının ayrılmaz bir parçasıdır. Bunu etiraf etməsələr də hər kəs bu həqiqəti bilir.


-"Qarabağ”. 2016-cı il. Uzun bir səssizlik! Və yenidən Azərbaycanda müharibə oldu. Bu savaş zamanı 100-yaxın şəhid verdik. Bu müharibələr tarixin yaddaşına "Aprel döyüşləri” olaraq daxil oldu. Bu bu kitab "Aprel döyüşləri”ndə 23-yaşında şəhid olan Əbdülməcid Axundova həsr olunub. Belə bir kitabın yazılmasını gələcək nəsillər üçün necə qiymətləndirisiniz?

-Belə bir vacib mövzuya toxunmaq istəyirəm. Azərbaycan dövləti hər il inkişaf edir. Ermənistan isə öz torpaqlarını işlədə bilməyən zəif bir dövlətdir. "Qarabağ” müharibəsinin dünəninə, bügününə baxsanız görəcəksiniz Azərbaycan dövləti daim barışcıl addımlar atıb. Nədənsə ermənilər daim xəyanət etməyə meyili olub. Ermənistan daha güclü dövlətlərdən dəstək alaraq Azərbaycana haqqsızlıq edir. Ermənistan tək olarsa bu müharibədə Azərbaycana qalib gələ bilməz. Bu məsələni hamımız bilirik. Azərbaycan gec-tez bu müharibəni qazanacaq. "Qarabağ” Azərbaycanın ayrılmaz hissəsi olacaq... Buna heç şübhəm yoxdur.

Tarixi sənədlər...

-Kitablar çox önəmlidir. Kitablar atalarımızın, babalarımızın bizə qoyub getdiyi mirasdır. Bu səbəbdən də yazılan kitablar tarixi sənəddir. Keçmişdə yaşanan olaylar, insan itkiləri haqqında yazmaq mütləqdir. Bunları gələcək nəsillərə arxiv sənəd kimi qoyub getmək lazımdır. Azərbaycanın Sumqayıt şəhərindən şəhid olan Əbdülməcid Axundova Allahdan rəhmət diləyirəm. Ruhu şad olsun...


-Rus yazarı F.M.Dostoyevski deyir ki, edilən müharibələr təmizlikdir. Nədənsə müharibə olduğu zaman insanları itiririk. Bu itkilərdən sonra qadınlar, analar, körpələr gözüyaşlı qalır. Bir insanın göz yaşlarını görmək çox ağır mənzərədir!.. Bu haqqda düşüncələrinizi bilmək istərdik.

-Ötən illərdə Qarabağ, İrak, Libya, Misir, Suriya kimi dövlətlərin savaşlarının şahidi olduq. Ölkələrin öz vətənlərini necə tərk etməsini sosial şəbəkədən izləyə bilirik. Türkiyə Dövləti bu mövzuda çox həssasdır. Son illərdə 3.500.000 çox insan Türkiyədə yaşaması üçün dəstək verdik. Ən qısa zamanda bu savaşların bitməsini arzu edirəm.

-İllər öncə Alexandra Caveliusun "Leyla” adlı bir romanınıoxumuşdum. Romanda Bosniya savşlarından danışılırdı. Balaca Leyla deyirdi:-"bir gün anladım ki, müharibə başladığı zaman insanlıq ölür. Emre Dağdelen həyatının ən çətin anında insanlığı necə qoruya bilib?


-Yaşadığımız həyatda bəzən çox çətin anlarla qarşılaşırıq. Hətta bu çətinlikdən çıxmayacaq qədər özümüzü zəif hiss edirik. Balaca Leyla da müharibə zamanı ölüm faktını qəbul edib. Ətrafımıza baxdığımız zaman insanlardan kömək istəyirik.Əsas odur ki, insan hardan kömək alacağını bilməlidir. Biz işləməyə başladığımız zaman güvəndiyimiz insan varsa heç çətinliyə düşmərik. Çıxdığımız yolda Allaha güvənək. Ondan dəstək alaraq hər şey edə bilərik. Əsas inamdır. İnam varsa, bütün qapılar açılacaq...

Nigar İsmayılqızı

İstanbul-2017