adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
24 Noyabr 2017 17:21
15082
İDMAN
A- A+

Futbolçu qızlarımızın rəqibləri bilindi

Bu gün İsveçrənin Nyon şəhərində 19 və 17 yaşadək qızlardan ibarət milli komandalar arasında AVRO-2018-in elit raundunun, həmçinin 2019-cu ildə keçiriləcək Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb.

Adalet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 17 yaşadək futboçulardan ibarət Azərbaycan yığması AVRO-2018-in elit raundunda Almaniya, İrlandiya, və İslandiya ilə bir qrupda yer alacaq. AVRO-2019-un seçmə mərhələsində isə rəqiblər İngiltərə, İslandiya və Moldova olacaq.

19 yaşadək futboçulardan ibarət Azərbaycan yığması isə AVRO-2018-in elit raundunda Fransa, Belçika və Finlandiya ilə, AVRO-2019-un ilkin seçmə mərhələsində isə İsveçrə, Türkiyə və Kiprlə mübarizə aparacaq.