VAXT GÜNAHKARI

ƏBÜLFƏT MƏDƏTOĞLU
59097 | 2017-11-24 17:00

Kürəyə sancılan xəncərin sızıltısı

Biz elə bir cəmiyyətdə, elə bir dünyada və ən vacibi elə bir məmləkətdəyaşayırıq ki, gördüklərimiz, eşitdiklərimiz, içərisində olduqlarımız bəzən nəkitablara, nə qanunlara, ən əxlaqa, nə insanlığa sığışmır. Hansı bucaq altında,hansı prizmadan baxırıqsa baxaq, yenə inanmaq olmur ki, bütün bunları insanedir və bütün bunların damarında birinsan tərbiyəsi dayanır…

Təəssüf! Etiraf etməliyik ki, inanmadığımız həmin öncə söylədiklərimizbugünün reallığıdır. Və biz də bu reallıqla barışmağa məcburuq. Başqa yolumuzda yoxdur. Guya barışmayıb nə edəcəyik. Onsuz da dəyirman bildiyini edir. Və əgərdəyirman bildiyini edirsə, istər dəyirmançı ol, istərsə də dəyirmana gələn. Zatənüyünəcəksən bu dəyirmanda. Elə üyünə-üyünə də əriyib gedən ömrün arxasıncaboylanacaqsan… gözün, nəzərlərin gedib sancılan nöqtəyə qədər!.. Həmin o nöqtədəno tərəfdə isə daha bir baxmaq, görmək məsafəsi qalacaq. O isə lap uzaq xatirəolacaqdı. O qədər uzaq ki, xatırlamaq səndən güc istəyəcək, özü də yaddaş gücüvə əgər o gücü özündə tapsan, baxacaqsan, görəcəksən. Tapmasan…

Hə, burda da deməyə söz qalmır. Amma mən hərdən düşünürəm ki, səndə ogüc olacaq. Çünki səni baxmağa vadar edən bu günün özü o günün köynəyindənçıxıb gəlib. Gələndə də özündən kəsib ata bilmədiyin, yaddaş kartından silinməsimümkün olmayan bir gerçəklik gətirmisən özünə ömür saydığın, özünü ondatapdığın və onu da özündə gördüyün gerçəklik…

Bəli, mən elə bu düşüncələrin içərisində ağlımdan nə vaxtdı gəlib keçənmisraları kağıza köçürürəm. Və bir də görürəm ki, kağıza köçürdüyüm misralarıelə sizə də söyləyirəm. Deyirəm ki:


Bitir, sovurulur artıq

Ürəyimin həvəsi…

İstəsən büküb saxla…

Öləzəyən nəfəsi –

Hərdən sığınmaq üçün….


Zamanın xırmanında

Ömrün günlərin ələt…

Həyatın bir anında

Dözümümə min lənət -

Belə yıxılmaq üçün…


Dua edək Allahım

Bizi bizdən almasın…

Əgər varsa günahım

Sevgimdən iz qalmasın -

Sənə, sıxılmaq üçün!..

***

Hə, mən elə bu misraları pıçıldaya-pıçıldaya yaşantılarımı göz önünəgətirməyə çalışıram. Onların içərisində həyatın çox mənalı tərəfləri iləyanaşı, ağrılı-acılı, hətta bəzən adamıintihara tərəf çəkən məqamlarını da görürəm. Və etiraf edim ki, həminintihara çəkən məqam getdikcə daha çox güclənir. Sanki hansısa bir qüvvə,hansısa bir cazibə çəkir məni o istiqamətə. Elə bilməyin ki, bu fikirlərləsizin qəlbinizin həssas nöqtələrinə toxunmaq, bir rəhm aurası yaratmaq istəyirəm.xeyr! Gerçək nədisə budur! Və bu gerçəyin içərisindəki şah damara özü də artıqo intiharın hənirini duyur, onun addım səslərini eşidir… İndi elə bir zamandayaşayırıq ki, intihar da adiləşib. Bütün ölümlər kimi, intiharlar da insanda ötən əsrdə yaratdığı əks-sədanıyarada bilmir. Bunun bir səbəbi atəşkəsini yaşadığımız müharibə olsa da, ikincisəbəbini mən informasiya bolluğunda görürəm. Çünki günün istənilən məqamındadünyanın bu və ya digər nöqtəsindən törədilən qanlı cinayətlər, terror, qətl vədigərləri barəsində bir-birindən üzücü xəbərlər alırıq. Təbii ki, bu dayaddaşımızda öz izini açır, öz təsirinicanımıza hopdurur və beləcə, ölümlər də adiləşir, ölənlər də. Deməli, bir anın içərisində itirməyin qorxusunuyavaş-yavaş unutmağa başlayırıq. Düşünmürük ki, unutduqca özümüz dəunuduluruq…. İtirdikcə özümüz də itirik… Nə yazıqlar ki, biz, elə mənim özüm dəyazdıqlarımı, sizə söylədiklərimi bildiyim halda, elə mən də unuduram, elə məndə itirirəm. Elə mən də unuduluram, elə mən də itirilirəm. Nə isə…

Hə, bir işıq görəndə, bir iynə ucu boyda köz işartısını, qor istisiniovcumda hiss edəndə həyatın etdiyinə ümumiyyətlə, mövcudluğuna azacıq da olsainamım yaranır. Və o inam da mənə elə dediyim iynə ucu boyda həvəs də qaytarır.Elə yapışıb o həvəsdən, o inamdan yenə üzümü sənə tərəf çevirirəm. Axı sən oinamın, o yaşam həvəsinin içərisində baş verənlər üçün stimul yaratmısan, səbəbkarolmusan. Mən də səndən aldığıma güvənib demişəm ki:


Məndən sənə məsləhət

bilməzsən

unudarsan özünü

xatirələr

səni

mənli günlərə çəkər…

bax onda,

işdi

yadına düşsəm,

üzülmə…

sıx dişini

və sakitcə gör

gündəlik işini…

hətta

televizoru da aç,

qoy danışsın

başın qarışsın

sonra

həmişəki kimi

telefon zəngləri,

qapının döyülməsi,

qonşunun cır səsi,

qatıq satanın

«nərəsi»…

yəni həyat qayğılarının

bu düzümlə

və səndəki

dözümlə

davamı…

inan ki,

unutduracaq məni

elə mən də

bacardığım kimi

çalışacam

unutduram

özümü ki,

üzülməyə

qoymasın səni!..

****

İndiki nəslin bəlkə də heç ağlına da gəlmir və yaxud da ağıllarına gəlsədə, təkrar etməyi xoşlamır. Çünki deyəcəyim fikir daha çox sovet dönəminəaiddi. Həmin o dövrdə tez-tez təkrar olunan bir fikir var idi. Şüar xarakterialmışdı. Deyirdi ki:

- UNUTSAQ UNUDULARIQ!

Heç bilmirəm hardan yadıma düşdü, hardan gəlib qapımı döydü. Ammainanıram ki, bu təsadüf deyil. Çünki bir deyim də var. Həmin deyimə görə də söz sözü çəkir… İndi düşünürəm ki,unudulmağın astar üzünü düşünmək, onu göz önündə saxlamaq heç də pis olmaz.Axı, bu unudulmaq özü əslində bir güzgüdü. Ona baxıb özünün özündən sonrakıgününü fəhm etmək, xəyal qurmaq çox asan olur. Doğrudur, güzgüdə əyri görmək istəyənlər mənim dediklərimiqəbul etməyəcəklər. Amma mən öz bildiyimdə qalıram. Çünki unudulmağın təkcə mehini yox, küləyini dəyaşamışam, canımda-qanımda hiss etmişəm, qasırğası da üstümə tərəf çaparaq gəlməkdədi. Və mən elə yazımın bir məqamında dediyimkimi, intihar qoxusu da həmin o çaparaq gələn qasırğadan yararlanır. Siz düşünməyinki, bu təbii hadisələrin fonunda söylədiklərim şair sözüdü. Yazının damarınabuz qatmaq üçündü. Əsla! Əksinə, mən get-gedə daha dəqiq və daha çox dərk etməyəbaşlamışam ki, kimliyindən asılı olmayaraq, hər an qurbanlıq olduğunu adımkimi, soyadın kimi gərək yadında,yaddaşında dəqiq saxlayasan. Necə deyərlər, saatından, yerindən asılı olmadanharda, nə vaxt soruşsalar, necə deyərlər, gözüyumulu söyləməyə hazır olmalısan…

Hə, hadisələrdən, sifətlərdən danışanda bir məqamı nəzərdə tutmuşdum.İndi o məqama qayıdıram. Dönürəm tarixin arxada qalan bir gününə… qayıdırambir hadisənin üstünə. Və baxıb görürəmki, söylənilən, nəyəsə hesablanansifarişlər, tapşırıqlar, daha nə bilim nələr özünün kimlərsə tərəfindən hesablanmış nəticəsiniortaya çıxaranda qurbanlıq olanın təkcə başı kəsilmir. Onun həm də ürəyitapdalanır, ruhu öldürülür. Müəyyən zamandan sonra təkrar vurulan zərbə ölən ruhu da, tapdalananürəyi də elə bir hala salır ki, ona nə ruh demək olur, nə ürək. Nə də bənzədiləsi heç nə tapa bilmirsən ki,bu deyilənləri ona şamil edəsən. Və dərin düşüncələri, kürəyə saplanan xəncərin,yarıyolda qalan ümidi, söndürülən işığın nə demək olduğunu, ümumiyyətlə, nələrortaya qoyduğunu sözə çevirmək, yazıya köçürmək insanın, daha doğrusu, ölümündirilərə yazdığı məktub kimi oxunulmaz olur.Tam dəqiq ifadə etsəm, bu məktubu oxumaqdediyim halları yaşamaq demək olduğundan hamı qaçır bu məktubdan. Heçkim ona tərəf əlini uzatmır. Mən də çəkilmişəm öz içimə, öz dünyama, öz tənhalığıma,öz kimsəsizliyimə. Məni də məcbur edən kürəyə saplanan xəncər, ürəyi tapdalayanaddım oldu. Həmin an ilk ağlıma gələn səndənkömək istəmək, sənin əlindən yapışmaq idi.

Amma sonra düşündüm ki,yaşadıqlarımı sənə yaşatmaq haqqım yoxdur. Haqqım olmadığı halda haqq ummağınözü də ağrıdı. Deməli, mənim ümidim sözə, qələmə qalıbdı. O sözə ki, onu bəlkənə vaxtsa kimsə sənin üçün oxudu.


Gülüm, mən bu həyatın

Tapmacasın tapmadım…

Nə ələyin ələdim –

Nə kündəsin yapmadım…


Dəyirman daşı kimi

Mən öz içimi ovdum…

Sevincin izlərini –

Səssizcə silib sovdum…


İstəmədim adımdan

Kölgə düşsün yoluna…

Sənə rahat olarsa –

Ruhum girsin qoluna…


***

Hər zaman bir anın, bir sözünucunu axtarıram. Elə anın, elə sözün ki, onun içərisində sən olasan… onun içərisindəsənin nişanən olsun. Bax, o axtardığını tapanda, o aradığının izinə düşəndə az qala böyük Cəfər Cabbarlı kimi «Evrika!»deyib bağırmaq istəyirəm. Amma neyləyimki, indi hər yerdə bahalıq, hər yerdəkasadlıq, hər yerdə qıtlıq və bunun dalğası da həyatımızda, ömrümüzdə, ürəyimdə…Mən də bu dünyanın bir sıra nəfəri kimi həyatımızda olanın maddi sıxıntıları iləyanaşı, mənəvi sarsıntılarını da yaşamağa məhkumam. Elə bil boyuma biçilir busarsıntılar, bu sıxıntılar. Az qala öz-özümdən min dəfə soruşuram:

- Günahım nədi? Nədən bu qədər ağrılara, acılara, sayğısızlığa,laqeydliyə və bir də ən vacibi haqsızlığa tuş gəlirəm? Nədən Allahın verdiyialın yazısını, qisməti qaralamaq, silmək, dondurmaq, arxa plana keçirmək,yubatmaq, görməmək, qəbul etməmək, daha nələr, nələr sual işarəsi tək sıralanırqarşımda. Birini aşanda ikincisi boy göstərir, ikincisini aşanda üçüncüsü. Və əndəhşətlisi odur ki, cavabını öyrənməyə çalışdığım sualın yerində göbələk kimidaha bir neçə sual boy göstərir. Buna tablamaq, buna dözmək və haqlı olduğunubilə-bilə haqsız duruma düşmək ürəyin iplərini doğrayır, tellərini kəsir,quyusunu dərinləşdirir, işığını azaldır, nəfsini qısaldır. Ümid yerim olanAllah bütün bunları görür və susur…

Bəlkə də Allahım daha haqlıdı. Axı mən səni qibləgahım seçdim, səniand yerim bildim. Ona görə də Allahıma asi olmaq haqqım da yoxdu. Bir özümdənbaşqa… Özümü çarmıxa çəkməyə, çəngələ vurmağa hər gün daha çox yaxın gəlirəm, hərgün daha çox hazır oluram. Hətta üzümü sənə tutub yazmışam ki:


Öyrət yoxluğuma öyrət özünü

Öyrət varlığıma öyrətdiyin tək…

Dərdin şırımların sevgiylə aç –

Göynətsin həmişə göynətdiyin tək…


Dağılsın, səpilsin kip bildiklərin

Uyğun saydıqların, tip bildiklərin…

Bir az ulduzlansın qoy kirpilərin –

Hərdən inciyəndə kövrəldiyin tək…


Şəhəri, yolu bil tanış özünə

Cır at şəkilləri yalnız özünə…

Ağaca, daşa bax danış özünə –

Mən özüm özümü söylətdiyim tək…


Hə, bütün bu yazılar, bütün bu deyilənlər yəqin ki, sizə heç nə deməyəcək.Çünki deyilənləri, deyilməli olanları hər kəs özü-özlüyündə daha dəqiq, dahayaxşı bilir. Və mənim də sizin yaxşı bildiyinizi, sizə eləcə adda-budda söyləməyimsadəcə vaxtınızdan vaxt qopartdı. Mən əlinizdən aldığım vaxtın da günahkarıoldum…

… Axı, günahkar olduğumu, günahların boyuma biçildiyimi mən həmişədemişəm…


TƏQVİM / ARXİV