adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
24 Noyabr 2017 16:39
22258
DÜNYA
A- A+

Namaz vaxtı məsciddə qətliam - 50 nəfər ölüb

Misirin Sinay yarımadasında terrorçular məscidə hücumu edib.

Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, hücum namaz vaxtı törədilib. Nəticədə azı 50 nəfər ölüb, 70 nəfər yaralanıb.

Ölənlərin sayının artacağı istisna edilmir. Hadisə ilə bağlı əlavə məlumat verilməyib. Partlayışla bağlı heç bir terror təşkilatı məsuliyyəti üzərinə götürməyib.