adalet.az header logo
  • Bakı 19°C
24 Noyabr 2017 15:57
15583
GÜNDƏM
A- A+

Ramiz Mehdiyev və Patruşev əməkdaşlıq planı imzaladı

Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq barədə sazişi müzakirə edilib.

Adalet.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Nikolay Patruşev və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhlükəsizlik sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının cari məsələlərini müzakirə ediblər və özündə informasiya mübadiləsini və iki ölkənin təhlükəsizlik şuralarının, hüquq-mühafizə orqanlarının və xüsusi xidmət idarələrinin ekspertləri səviyyəsində məsləhətləşmələrin aparılmasını nəzərdə tutan əməkdaşlıq planını imzalayıblar", - məlumatda bildirilib.

Qeyd edək ki, Ramiz Mehdiyev MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin beşinci illik görüşündə iştirak etmək üçün Moskvada səfərdədir.(azvision.az)