ANAM ÖLDÜ, AĞLAMADIM…

FAİQ QİSMƏTOĞLU
73167 | 2017-11-24 15:06

… Uzun müddətdirdostluq elədiyim, çörək kəsdiyim bir jurnalist var – Lətif Süleymanlı. Elə mövzunuda onun göz yaşlarını, kövrəkliyini görəndənsonra qələmə aldım. Yəni bəlkə də 30 iləyaxındır ki, dostluq elədiyim bu adam anasını yadına salmasaydı, kövrəlməsəydi vəgöz yaşlarını görməsəydim, heç bu yazı daalınmayacaqdı…

… O, anasını biril bundan əvvəl itirib və rəhmətlik anasını mən də yaxşı tanıyırdım. Dəfələrlə evlərindəolmuşdum, bizə süfrə açmışdı, yemək bişirmişdi. Hər dəfə də onunla görüşəndə eləöz anamı da xatırlayırdım. Çünki mənim anam kimi Lətifin də anası çox əzabkeş, zəhmətkeş,alın təriylə yaşayan bir xanım olub. Dördoğul, bir qızı çətinliklə gecə-gündüz işləməklə, çalışmaqla, vuruşmaqla böyütmüşdü.Dörd oğlunun hər birinə «oğul» demişdi və dörd oğul da analarının çörəyini itirməmişdi.Və bu dörd oğul analarının çəkdiyi əziyyəti, zəhməti bir dəqiqə, bir anda yaddançıxarmamışdılar…

Və bu dörd qardaşınbir bacısı da vardı. Onun da adı səhv eləmirəmsə, Xatirədi. Lətifin anası qızınasavad verdi, diplom verdi və ən nəhayət, qızına çox gözəl tərbiyə, əxlaq öyrətdi.Və bu tərbiyə, əxlaq da zaman-zaman onu ucalığa yüksəltdi. Yəni Xatirə xanım dagözəl ailə qurdu və iki oğlu oldu. Qoy bir sözü də deyim ürəyim partlamasın. Xatirəxanımın çox təmiz, çox saf, göy üzü kimi şəffaf həyat yoldaşı var : Məlik. Bu Məliko qədər səmimi, o qədər halal bir adamdıki, onun yerinə Qurana əl basaram ki, indiyə kimi bir tikə də haram çörək yeməyibvə balalarına da o haram çörəyi yedirtməyib.

… Otaqda əyləşmişik.Lətifin gözləri dolur və uşaq kimi ağlamağa başlayır. Deyir ki, heç anamı yuxumdada görmürəm. Ha çalışıram yuxuma girsin, yuxuma da girmir. Bilmirəm, cijim məndənküsüb, ya inciyibmi? Qəbir üstünə ziyarətə gedirəm və orda da ağlaya bilmirəm. Sağvaxtı hər ayın iyirmi gününü onun yanındaolardım. Özünün yemədiyi, üfürə-üfürə saxladığı yaxşı nə varsa, həmişə mənə saxlayardıvə deyərdi oğlum nə vaxt gəlsə, bu ləziz yeməkləri də ona verəcəm.

… Lətifin gözləriyenidən dolur. Özüm də məəttəl qalıram. Mən onu daşürəkli adam kim tanıyıram. Yəni Lətif hələm-hələm kövrələn, ağlayanadam deyil. Rəhmətlik anasının yeddisində istedadlı şair-publisist, dostum AsifTalıboğlu ilə Lətifgilə başsağlığı verməyə getmişdik. Onda Asif Talıboğlu İbrahimhacılıkəndinin iki addımlığında yerləşən Mamırtı dağına baxdı və dedi ki, ayə, bu kəndinnə gözəl havası var. Nə yaxşı ki, bura gəldim. Və Asif müəllim birinci dəfə deyildiki, Lətifgilin kəndinə gəlirdi. Asif müəllim əslən Qubadlıdandı. Dağ adamı olduğuüçün bu dağlara baxıb bir az qəribsədi vəhətta gözü də doldu...

Biz onunla bir dəfədə Lətifin atası Adil kişi rəhmətə gedəndə İbrahimhacılıya getmişdik. Mənsə dəfələrləbu kənddə, bu ocaqda olmuşdum. Lətifin qardaşlarını, əmisini, dayısı uşaqlarınıvə xüsusən də Bayramı yaxşı tanıyırdım. Çünki bu nəsil qonaq-qara üçün əldən gedər,onlara yaxşı süfrə açar və çalışardılar ki, evə gələn adam özünü qərib kimi hisseləməsin…

Rəhmətlik anasınınyeddisində də səhər-səhər qatardan düşüb dəmiryol vağzalında Arazın bizi gözlədiyinigördük (Araz Lətifin oğludu). Çox gözəl bir hava vardı. Bakıda görmədiyimiz havanıdoyunca ciyərlərimizə çəkdik. Maşın Lətifgilin həyətlərinə çatanda ana itirmiş adamınçöhrəsini gördük. Həmişə çöhrəsindən qan daman dostumuzun rəngi-rufu saralmışdı.Ancaq yenə özünü toxdayıb dik tutmuşdu və kədərini bizə bildirmək istəmirdi. Eləgülə-gülə də bizi qarşıladı. Və dedi ki, əziyyət çəkib gəlmisiniz. Bax, bu söz məninarahat elədi. Çünki Lətif özü də mənim ağır və çətin günümdə də, yəni anamı vəqardaşımı itirəndə Füzuliyə gəlmişdi və dərdimə şərik olmuşdu. Kimsə mənə pislikeləyəndə elə şeylər yadımdan tez çıxır. Ancaq bir kimsə mənə iynənin ucu boyda yaxşılıqeləsə, heç vaxt yadımdan çıxmır. Və həmişə çalışıram ki, kiminsə mənə elədiyi oyaxşılığı imkan daxilində geri qaytarım. O yaxşılıq geri qayıdana qədər mən rahatola bilmirəm. Loru dildə demiş olsaq, ilanvuran yatar, mən yatmaram.

… Səhərin təmiz havasınıbir daha ciyərlərimizə çəkirik. Lətifin qardaşları,qohumları hamısı bizimlə öpüşüb-görüşür və stol arxasında əyləşirik. Bir göz qırpımındastolun üstü səhər yeməkləri – bal, yağ, pendir, yumurta, şor, qaymaqla doldurulur.Bizsə bir balaca sıxılırıq və çəkilirik. Süfrəyə əl uzatmaq istəmirik. Bizdən əvvəlLətif özü və qardaşları çörək kəsir və deyirlər ki, «bismillah» eləyin. Və bundansonra biz də süfrəyə əl uzadırıq. Baldan, yağdan dadırıq. Görürəm ki, Asif Talıboğlubir qədər utanır. Amma gözü camış qaymağındadı. Camış qayğamının üstünə balı tökübona tərəf uzadıram. Və Asif camış qaymağını və balı yeyə-yeyə deyir ki, hələ sonvaxtlar indiki kimi camış qaymağı yeməmişəm. Lətif də deyir ki, «halal xoşun olsun»,anamın saxladığı camışın qaymağıdı, ürəyin nə qədər istəyir, yeyə bilərsən…

Asif Talıboğlu səhəryeməyini yedikdən və kənd havasını udduqdan sonra ovqatı bir qədər yaxşılaşır. SonraLətif Süleymanlıya deyir ki, qalx ayağa, gedək sənin həyətyanı təsərrüfatına baxaq.Lətif də çox zəhmətkeş adamdı. Yəni o, səhranın ortasında, daşın üstündə həyat qurmağı,yaşamağı bacaran insandı. Həyətə düşürük, bir-bir meyvə ağaclarına baxırıq: alma,armud, heyva, zoğal diqqətimizi cəlb eləyir. Alma ağacları o qədər bar gətirib ki,budaqlar buna tab gətirmir və budaqlar başlarını aşağı dikiblər. Hətta elə budaqlarvar ki, ağırlıqdan qırılıb yerə düşüb. Alma ağaclarının dibi almalarla doludu. AsifTalıboğlu ağacdakı almalardan birini dərir, əliylə silib dişinə çəkir. Və sonrada bəh-bəh deyir. Deyir ki, hələ mən belə şirin alma yeməmişəm. Lətif də söz altındaqalmır, bildirir ki, ürəyin istəyir, lap bir maşın yığ apar! Bir-iki addım gedirik,qarşıda bizi cərgə ilə əkilmiş üzüm ağaclarındakıqara və ağ şanılar «qarşılayır». Asif yenidən dillənir: «Halal olsun sənə! Mən bilirdimsən zəhmətkeş adamsan. Amma bu qədər fərasətli olduğunu bilmirdim. Yəqin bu ev də sənindi.»

Lətif yenidən dillənir:«Ay rəhmətliyin oğlu, mənim olmayanda bəs kimin olacaq? O evi öz gücümlə tikməmişəmey, rəhmətlik anamın hesabına başa çatdırmışam.Usataların yeməyini düzəltməsəydi o evi tikə bilərdim? Nə qazanmışamsa, rəhmətlikarvada görə qazanmışam. Evimin-eşiyimin bütünşirinliyi, gözəlliyi onunla getdi…

… Qapı döyüləndə,külək qapını açanda elə bilirəm ki, anam gəlir. Bunu da Lətif deyir və gözləri yenidəndolur. Onu da deyir ki, anamın 80-dən çox yaşı vardı. Ancaq heç vaxt ondan doymadıqvə bir də rəhmətlik arvad bizim hamımızı bir-birinə birləşdirirdi. Birimiz səhveləyəndə, soyuqluq yaradanda o dəqiqə ağzımızdan «vurardı». Və biz də işimizi bilibgeri çəkilərdik. Tay, bir-birimizi o deyəndən sonra günahlandırmazdıq. Hətta günahıolan belə susardı…

… Otaqda əyləşmişik.Lətif bir şairin misrasını xatırlayır:

Anam öldü ağlamadım,

Məhəbbət ağlatdıməni.

Deyir ki, bax, bunuheç cürə anlaya, heç cürə başa düşə və heç cürə qəbul eləyə bilmirəm. Mənim fikrimcə,vətəndən və anadan böyük varlıq yoxdur. Onların hər ikisindən böyük bir varlıq var,o da Allahdır. Bununla işim yoxdur. Amma onu başa düşə bilmirəm ki, anası ölən adamnecə ağlaya bilməz?! Məgər bundan böyük məhəbbət, bundan böyük sevgimi var? Anaməhəbbəti həm də ilahi bir sevgidi və Allahdan sonra ən böyük sevgi ana məhəbbətidi.Düzdür, övlad məhəbbəti də var, nəvə məhəbbəti də var. Amma bunların heç biri anaməhəbbətinə, ana sevgisinə bənzəmir. Çünki ana sevgisinin rəngi də, ömrü də tambaşqa cürdür. Hər hansı bir qızı sevə bilərsən. Məsələn, Məcnun Leylini sevib vəbu ayrı bir məhəbbətdir. Və bizim məhəbbətimiz heç də Məcnun məhəbbəti deyil. Loru dildə demiş olsaq, sevgin alınmaz, gedib başqabir qızı sevərsən, onunla ailə qurarsan. Amma ananı heç nəyə, heç şeyə dəyişməkolmaz. Çünki ana məhəbbəti dünyanın ən böyük, ən ülvi sevgisidir…

… Onun göz yaşlarınabaxıb özüm də kövrəlirəm və anam yadıma düşür. Anam 1996-cı ilin noyabr ayının27-də rəhmətə gedib. İnanın, bu gün də yadımdan çıxmır. Və hər gün səhər-səhər yuxudan duranda Allah-Təaladan doğmalarıma can sağlığıarzulayandan sonra rəhmətə gedən atamı, anamı, qardaşımı və eləcə də digər yaxınlarımıxatırlayır və onları yada salıram. Yada salıram ki, İlahi, sən mənim anamı öz dərgahındasaxla, onun ruhunu şad elə, sevindir! Və bir də ona sevinirəm ki, böyük Ulu Yaradannə atama, nə anama övlad dağı göstərmədi. Çünki rəhmətlik atam da həmişə bizə deyrədiki, Allahdan arzum budur ki, sizin pis gününüzü mənə göstərməsin. Elə Allah da onlarınarzusunu yerinə yetirdi və o dərdi, o dağı onlara göstərmədi…

İndi dostum LətifSüleymanlı, sən naşükür adam deyilsən. Bilirəm ki, ananı həddindən artıq çox istəyirsən.Amma ona da şükür eləyirsən ki, anan övadlarının heç birinin ağır gününü görmədi…anan övldalarının heç birini boynubükük hiss eləmədi… anan balalarının heç birinisınan da hiss etmədi…

Səninananı Allah da çox istəyirmiş. Və övladlarının içərisində anan səni hamıdan çoxistəyirdi. Hər dəfə sizə gedəndə və sizdə olanda bunları hiss eləyirdim. Düzdü,o biri övladları da onun qayğısına qalırdılar, özlərini ona sevdirə bilirdilər.Amma sənin qədər yenə deyirəm, rəhmətlik anan heç kimi istəmirdi. Sən bir ay getməyəndəo özünü çox narahat, qəmgin hiss eləyərdi. Sən bir ay anana baş çəkməyəndə rəhmətlikarvad yerə-göyə sığmazdı. Bir az başın ağrayanda, hətta ürək əməliyyatı keçirəndəo arvadın nələr çəkdiyini mən görmüşəm.

… Gözlərinin yaşınısil qardaşım! Düzdür, ananı neçə yaşında itirsən də, o adamı yandıracaq. Çünki analarınyaşı olmur. Bəxtiyar Vahabzadənin təbirincə desək, biz hamımız ana itirmişik anayaşında! Və sən xoşbəxt adamsan ki, anan sənin çiynində son məzilə gedib. Və sənyenə xoşbəxt adamsan ki, anan səndən və balalarından arxayın dünyasını dəyişib.Bircə qalır sənin hər dəfə İbrahimhacılıya gedəndə ananın məzarını ziyarət etməyinə.Onu da hər dəfə eləyirsən və məzarı üstündə Yasin oxutdurursan. Ananın ruhu sənəkömək olsun!..


TƏQVİM / ARXİV