adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
24 Noyabr 2017 14:13
71119
MARAQLI
A- A+

Peyğəmbəri xilas edən hörümçəkdən niyə qorxuruq?













Baxçanızda, evinizdə, işyerinizdə, harda qarşılaşsanız qorxu hiss etdiyiniz, təmas etməkdən, xüsusilə əlaqədən qaçdığınız və ümumən də təmkinli davrandığınız hörümçəklərə dair qorxunuzun qaynağı nə ola bilər? 


Kimilərinə görə, hörümçək qorxusu təbii olaraq var, öyrənilmiş bir şey deyil. Təkümül psixoloqlarına görə, çevrəmizdəki başqa bir şeyə diqqət etməsək belə, hörümçəklər, insanların xüsusən alışqın olduğu təkamül davamlılığı olan atasal bir riskdir.


İnsanlarda müşahidə edilən ən yayılmış fobiya növlərindən biri araxnofobiyadır, yəni hörümçəklərdən qorxu. Mütəxəssislər bu qorxunun insanlarda təkamül nəticəsində yarandığını hesab edirlər.


Araxnofobiya - müxtəlif insanlarda tez-tez rast gəlinən zoofobiya növüdür. Hörümçəklər qarşısındaki vahiməyə insan həyatının müəyyən bir dövründə baş vermiş hər hansı bir hadisə səbəb ola bilər, xüsusilə də əgər bu hadisə uşaqlıqda baş veribsə. 


Bununla belə alimlər hesab edir ki, araxnofobiya təkamülün məhsullarından biridir - milyonlarla insanın bu səkkizayaqlı varlıqlardan qorxusunun mənşəyində yalnız bu səbəb dura bilər.


Eksperimentdə 252 nəfər iştirak edib. Könüllülərə çox da xoş olmayan müxtəlif heyvan və əşya şəkilləri göstərilib. Bunlar arasında milçəklər, hörümçəklər, ağcaqanadlar, dəmirdən iynələr və s. yer alıb. 


Göstərilmiş şəkillərdə təsvir olunan canlıların bir çoxu həyatda təhlükəli olsalar da, iştirakçıların beyni hörümçək şəkillərinə daha tez reaksiya verib. Bir çox mütəxəssisin rəyinə görə, bu instinktiv reaksiya qədim dövrlərdə çoxlu sayda insanı qurbanına çevirmiş zəhərli hörümçəklər qarşısındaki ehtiyatdan qaynaqlanır.


Bütün alimlər belə qənaətdə deyil. 1996-cı ildə niderlandlı tədqiqatçılar apardıqları təcrübədə araxnofobiyadan əziyyət çəkən uşaqların 41%-inin həyatlarında neqativ hadisə ilə qarşılaşdıqlarını və bunun da hörümçəklərdən qorxunun zəminini hazırlamış olduğunu aydınlaşdırmışdılar. Maraqlıdır ki, hörümçəklərdən daha çox qorxan uşaqlar da elə məhz həmin 41% içərisində idi.


Araxnofobiyanın bir neçə müalicə üsulu var. Bunlardan ən effektivi konfrontasion terapiya adlanan, hörümçəklə kontakta girmə prosedurundan ibarət müalicə yoludur (buğumayaqlıya toxunaraq və s.). Müasir dövrdə bu fobiya ilə mübarizə üçün virtual reallıqdan da uğurla istifadə olunur.