Aqil ABBAS: VÜSAL RZASOY TAPILSIN VƏ SÜRGÜN EDİLSİN

AQİL ABBAS
158346 | 2017-11-25 11:04

Sovetlər dönəmindəsürgün çox qorxulu bir şey idi. Basırdılar Sibirə, elə təkcə iki ay qatarla yolgedirdilər. Qayıdacaqları da sual altında.

Azərbaycanda sürgüno qədər də qorxulu deyil. Çünki ölkənin harasına sürgün eləsələr dörd saatlıq yoldu.Ona görə də bu Vüsal Rzasoyu ölkədən xaricə sürgün eləmək lazımdı, elə Sibirə. Ulubabalarımızın yurduna.

Nə olub, nə olub?Bir Vüsal Rzasoy adında gənc  bir mahnı oxuyub: «Ayə, hara gedirsən, ayə?».

İndi baxıram hamıhəmin bu gənci  topa tutub, həm də bu gəncin özünü Və burda qeyri-adi heç nə görmürəm. Gərək elə televiziya ekranlarına gənclərhəmişə ütülü çıxa, qalstuklu, saçı-başı daranmış, qara kostyumda və ütülü də danışa?!

Qeyri-adi istedadlıinsanlar həmişə ütüsüz olurlar.

Vaqif Mustafazadənin,Rəmişin gənclik illəri çoxlarımızın yadındadı. Heç bir ölçüyə sığmır. Rəmiş həttadövlət konsertinə saçı çiynində, cins şalvardaçıxıb. Bütün Azərbaycan Vaqif Mustafazadənin bığını qırxdırmaq istəyirdi.

Yaxud Ramiz Rövşən,Vaqif Cəbrayılzadə, bunlar ütüsüz insanlardı. Ütülənsələr, Ramiz Rövşənin qəbridammayacaq, Vaqif bir də doğulmayacaq, qardaşının üzü kömək olmayacaq, toy evindəndörd hasar o yanda oynamayacaq…

Bax, Rəmiş ütüləndi,əvvəlki Rəmişliyi, o çılğın, o dəli, ipə-sapa yatmamaqlığı vəhəm də elə barmaqları da ütüləndi.

Araz Elsəsi ütüləsənArazlığı və Elsəsliyi gedəcək. Gəl ona Araz Elsəs yox, Qarqar (Qarabağdaqurumuş çaydı, ildə bir dəfə özündən çıxıb sellənir) Elsəs deyək. Halbuki o,ütüsüz olduğuna görə, amma gözəl səsiylə harayımızı dünyayaçatdırıb.

Aşıq Ədalət ütülü olsaydı Ədalət olardımı?

Belə misallar çoxçəkə bilərəm. HəttaMaestro Niyazi də ütüsüz insan idi.

Nəisə…

İndibu Vüsal Rzasoy. Çox gözəl səsi var. Gözəl gələcəyi ola bilər. Təbii ki, özünü qorusavə ütülənməsə.

Hamıqalxıb bu gəncin əleyhinə. Allah,sən saxla, bu sosial şəbəkələr onu boğub öldürəcək.

Bizim üçün yenidi.Əslində isə elə bir yenilik deyil. Şaman babalarımızın üslubunda oxuyur. Açın yutubda (mən sözü dilimə yatdığı kimi yazıram) Sibir xalqlarınınmahnılarına, musiqilərinə qulaq asın. Hətta türklərin ulu babaları Tanrıya dualarınıda bu cür çatdırmağa çalışırlar. Və elə bu cür dualar da Tanrıya çatır.


Qaldı mahnının sözlərinə,gərək onu belə ifa edərdi: «Ayə, hara gedirik, ayə?!»

Hamının sevimlisiolan Alim Qasımov da yaxşı mənada muğamın «anasını ağladır». Vaqif Mustafazadəninpianoda elədiyini Alim Qasımov da qeyri-adi səsiylə edir. O vaxt Vaqif Mustafazadəniçərlədib öldürdük. Əvvəllər çox çalışdıq ki, Alim Qasımovu da çərlədək, amma Tanrıona göndərdiyi səsiylə Alimi qorudu.

İndi bu uşaqdan nəistəyirsiniz?!

Oxu,Vüsal bəy! Oxu,dostum! Qoyma səni ütüləsinlər! Ütülənsən, Azərbaycandaminlərlə oxuyanlardan birinə çevriləcəksən.

Qoysəni tay heç televizora buraxmasınlar.

VaxtiləVaqif Mustafazadəni də, Qədir Rüstəmovu da, Rəmişi də televizora buraxmırdılar.Amma sonra… Tay onlardanbir də olmayacaq.

İllərdi CavanşirQuliyevi televizorda görən yoxdu. Eləcə dəRamiz Rövşəni, Vaqif Cəbrayılzadəni, Zakir Fəxrini. Onlar üçün dünya dağılıb?! Dillərəzbəridilər.

Amma inanmıram ki,televiziyalar sənə olan bu hücumlardan sonra qorxub qapılarını sənin üzünə bağlayalar.



TƏQVİM / ARXİV