adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
24 Noyabr 2017 12:54
13192
İDMAN
A- A+

FİFA prezidenti daha çox qol vurmağın formulunu açıqladı

FİFA prezidenti Gianni İnfantino, Türkiyə Futbol Federasiyası prezidenti Yıldırım Demirören ilə İstanbulda FİFA Futbol Sammiti öncəsində mətbuat konfransı təşkil etdi.

Mətbuat konfransında jurnalistlərin verdiyi suallara yumoristik cavablar verən İnfantino, matçlarda daha çox qol vurulmağının formulunu da yenə yumoristik bir şəkildə ifadə etdi.

Mətbuat nümayəndələrindən biri "Daha çox qol vurulması üçün qapının böyüdülməsi və ya 3 künc zərbəsi, 1 penalti ola bilərmi?” sualına İnfantion "Qapıçıları daha qısa boylu seçə bilərsiniz” deyərək başda Yıldırım Demirören olmaq üzərə konfransdakıları güldürdü.

İnfantino, "Futbolda dəyişməsi gərəkdiyini düşündüyünüz qaydalar varmı?” sualına da "Hörmətli prezident Demirören, "ofsayt olmasın” deyir. Bir də hakim olmasın təbii ki! İkisi olmazsa, bütün problemlər həll olar” cavabını verərək zarafatcıl insan olduğunu bir daha sübut etdi. Əyləncəli konfransda Dünya Kubokunda format dəyişikliyinin olmasında da söz açan italyan əsilli isveçrəli İnfantino gülərək "2026 Dünya Kubokunda 48 komanda olacaq. Bu qərarı almağımızın səbəbi hazırda Türkiyənin mundialdan uzaq olmasıdır. Təbii İtaliya da qatılmadı” şəkilində açıqlama verdi.