adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 Noyabr 2017 19:22
8523
HADİSƏ
A- A+

Rusiyanın Perm şəhərində vəhşicəsinə döyülən azərbaycanlı tələbə ölüb

Rusiyanın Perm şəhərində vəhşicəsinə döyülən azərbaycanlı tələbə bu gün xəstəxanada keçinib.

 

Bu barədə APA-nın Rusiya bürosuna Permdəki Azərbaycan diasporunun sədri Çingiz İsayev bildirib.

 

O, həkimlərin səylərinə baxmayaraq, Hüseyn Mustafayevi xilas etməyin mümkün olmadığını söyləyib.

 

Qeyd edək ki, noyabrın 18-19-na keçən gecə Permdəki Farmakoloji Akademiyanın tələbəsi, Azərbaycan vətəndaşı, 1990-cı il təvəllüdlü Mustafayev Hüseyn Etibar oğlu naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.

 

Hadisədən bir neçə gün sonra onu döyən şəxslər polis tərəfindən saxlanılıb.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.