adalet.az header logo
  • Bakı 16°C
23 Noyabr 2017 18:00
14635
DÜNYA
A- A+

Əfqanıstanda güclü partlayış - 6 nəfər öldü

Əfqanıstanda güclü partlayış törədilib.

Adalet.az xəbər verir ki, ölkənin şərq istiqamətində yerləşən Cəlilabad əyalətində kamikadze yerli polis əməkdaşlarından birinin yaşadığı binanın yaxınlığında özünü partladıb.

Üzərindəki partlayıcı sistemi işə salan kişi 6 nəfərin ölümünə səbəb olub.

Cəlilabad əyalətinin qubernatoru Nanqarxar Ataulla Xoqiyani baş verən hadisəni təsdiqləyib:

"Partlayış nəticəsində daha 8 nəfər ağır xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib"

Partlayışın kim tərəfindən və hansı məqsədlə törədildiyi araşdırılır.