adalet.az header logo
  • Bakı 17°C
23 Noyabr 2017 17:08
16754
ƏDƏBİYYAT
A- A+

“Yeni qazax şeiri antologiyasi” nəşr edilib

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) yeni nəşri gün üzü görüb.

Qardaş Qazaxıstanın 57 yeni nəsil şairinin şeirləri toplanmış, "YENİ QAZAX ŞEİRİ ANTOLOGİYASI” adlanan ("Elm və Təhsil” Nəşriyyatında çıxan) 280 səhifəlik nəşrin baş redaktoru (və nəşrə məsul) Əkbər Qoşalıdır.

"Kaspi” qəzetinin təsisçisi, əməkdar jurnalist Dr. Sona VƏLİYEVA antologiyaya "Xəzərin o tayında vuran isti ürəklər” adlı təqdimat yazısı, Qazaxıstan Respublikasının Dövlət Ödülü laureatı Temirxan MƏDƏTBEK isə "Önsöz” yazıb.

Antologiyanın tərtibçiləri Tanagöz İLYAS, Dauren Kasenov (Qazaxıstan), Dos.Dr. Rəsmiyyə Sabir (Azərbaycan), məsləhətçiləri: Millət vəkili Dr. Cavanşir Feyziyev, Qazxıstan Yazıçılar Birliyi başqanının I müavini Qalım Jaylıbay, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, "Olaylar” qəzetinin baş redaktoru Dr. Yunus Oğuz, rəyçiləri: Millət vəkili, Akd. Nizami Cəfərov, Prof.Dr. Elçin İsgəndərzadə, BAMF başqanı Umud Rəhimoğlu, Mahmud Kaşqari adına Uluslararası Fondun başqanı Elxan Zal Qaraxanlı, redaktoru isə Əfsanə Ələsgərlidir.

"Yeni qazax şeiri antologiyasi”na daxil edilən şeirlər Qazaxıstanlı yeni nəsil yazarları Dr. Gülnaz Faizulla, Gülnaz Satbay, Azərbaycanlı yazarlar Dos.Dr. Rəsmiyyə Sabir, Dos.Dr. Təranə Turan (Rəhimli), Gülnar Səma (Qasımlı), Afaq Şıxlı, Əkbər Qoşalı, Elxan Zal Qaraxanlı, İbrahim İlyaslı, İntiqam Yaşar və Ruslan Dost Əli tərəfindən çevrilib.

(Antologiyanı http://kitabxana.net/?oper=readBook&id=3267 ünvanından da oxumaq (və ya endirmək mümkündür.)

Qeyd edək ki, "Yeni qazax antologiyası”nda şeirləri toplanmış şairlərdən Tolkın Kabılşa, Janar Ailaş, İndira Kerey, Akberen Yelgezek, Oljas Qasım, Janargül Qədir, Saqınış Namazşam, Anar Şamşadin, Nazira Berdali, Rəvan Kabidoldin, Ayazda Berkut, Kuanış Medevbay, Janibek Aliman, Janat Jankaçoğlu, Əzəmət Yessalin, habelə tərtibçilər Tanagöz İlyas, Dauren Kasenov, əməkdar mədəniyyət işçisi Almas Ahmetbekoğlu, Qazaxıstan Elmi Kitabxanasının direktor müavini Dauletkerey Kapoğlu, Dr. Gülnaz Faizulla bu il dekabrın 1-dən 5-dək keçiriləcək "Bakıdan Türk Dünyasına” adlı silsilə tədbirlər çərçivəsində "Yeni qazax şeiri antologiyası”nın təqdimat və imza törənlərində, müzakirələrdə iştirak etməkçün Azərbaycanda səfərdə olacaq.

Antologiyanın Türk Dünyasının bu ilki mədəniyyət paytaxtı Türkistanda da təqdimatının keçirilməsi nəzərdə tutulub. manera.az