adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Noyabr 2017 16:53
16235
DÜNYA
A- A+

Qəzadan xilas olan mühəndis donaraq öldü

Türkiyənin Qarş şəhərində dərəyə yuvarlanan avtomobildən çıxan mühəndis mənfi 15 dərəcə soyuqda donaraq, həyatını itirib.

Adalet.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Qarsın Diqor Hanlar bölgəsində yolun buzlanması səbəbilə qəza keçirən avtomobil yuvarlanaraq, dərəyə aşıb. Dəhşətli qəzada mühəndis Səlcuk Vural avtomobildən çıxa bilsə də, soyuqdan donaraq ölüb.