adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Noyabr 2017 13:37
9947
GÜNDƏM
A- A+

Pakistanın Baş Qərargah rəisi Azərbaycana gəlir

Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, səfər noyabrın 22-də başlayacaq.

Səfər çərçivəsində Pakistan nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub. Səfər noyabrın 24-dək davam edəcək.