adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
22 Noyabr 2017 13:22
12607
MƏMLƏKƏT
A- A+

Həkimlərin maaşının artırılması təklif olundu

"Təəssüflə qeyd etmək istərdim ki, ölkəmizdə adambaşına düşən səhiyyə xərcləri çox aşağıdır”.

Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci ilin büdcə müzakirəsi zamanı çıxış edən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, həkimlərimizin maaşının az olması yeni inşa olunmuş və müasir aparatlarla təchiz olunmuş xəstəxanaların işinə mane olur.

Ə.Əmiraslanov qeyd edib ki, əhalinin artımını nəzərə alaraq ilbəil adambaşına düşən səhiyyə xərclərini artırmaq lazımdır.

Komitə sədri vurğulayıb ki, onkoloji preparatların alınamsı üçün ayrıca vəsait ayrılır. O, əlavə edib ki, bədxassəli şişlərin müalicəsi üçün nəzərdə tutulan aparatların alınması üçün ayrılan vəsaitlərin artırılmasına ehtiyac var.