adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
22 Noyabr 2017 12:43
10622
İDMAN
A- A+

Bakıda FIFA-nın sammiti keçirilib

Bakıda FIFA-nın İcraedici Futbol Sammiti keçirilib.

Adalet.az-ın AFFA-ya istinadən verdiyi məlumata görə, tədbirdə FIFA-nın prezidenti Canni İnfantino, FIFA-nın baş katibi Fatma Samoura, Azərbaycana yaxın regionda yerləşən ölkələrin futbol federasiyalarının, həmçinin FIFA üzvü olan müxtəlif konfederasiyaların tərkibindəki milli assosiasiyaların rəhbər şəxsləri iştirak edib.

Sammit iştirakçılarının siyahısına Əfqanıstan, Tacikistan, Türkmənistan, Benin, Çad, Cibuti, Özbəkistan, Belarus, Gürcüstan, Qazaxıstan, Latviya, Moldova, Ukrayna və Rusiya futbol federasiyaları daxil olub.