adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Noyabr 2017 16:28
11911
MƏMLƏKƏT
A- A+

“İrəli” İntellektual regional turnirlərə davam edir

10-11 noyabr 2017-ci il tarixində "Azərbaycan İntellektual Birİncisi” layihəsinin İsmayıllı və Şəki regional turnirlərinin açılış mərasimi olub. Azərbaycan Respublikasının Dövlət Himni səslənib və daha sonra "İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov çıxış edib. Sədr nitqində dövlətin gənclərə göstərdiyi dəstəkdən, həmçinin gənclərin intellektual biliyinin artırılması üçün atılan addımlardan bəhs edib.

11.11.17 tarixində "Azərbaycan İntellektual Birİncisi” layihəsinin İsmayıllı, Ağsu, Qobustan şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Dağlıq Şirvan üzrə regional turnir keçirilib.


İsmayıllı rayonunda keçirilən regional seçim turunda "Xəmsə”, "Nə? Harada? Nə zaman?”, "Axtar tap” intellektual oyunlarında İsmayıllı rayonu, "Vətəni tanı” intellektual oyununda Qobustan rayonunun gənc intellektualları qalib olublar.

12.11.17 tarixində "Azərbaycan İntellektual Birİncisi” layihəsinin Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Şəki-Zaqatala üzrə regional turnir keçirilib.


Şəki şəhərində keçirilən regional seçim turunda "Axtar tap”, "Vətəni tanı” intellektual oyunlarında Balakən , "Xəmsə” intellektual oyununda Qax, "Nə? Harada? Nə zaman?” intellektual oyununda Şəki şəhərinin gənc intellektualları qalib olublar.

Gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq intellektual yarışlara rəqabətədavamlı gənclərin hazırlanması layihənin əsas hədəflərindəndir.

Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Birliyin mətbuat xidmətindən verilən məlumata əsasən "Azərbaycan İntellektual Birİncisi” layihəsi artıq ikinci ildir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.


Gənclərin maarifləndirilməsinə istiqamətlənən və 11 regionda 4 intellektual oyun ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar tap", "Vətəni Tanı") üzrə baş tutacaq "Azərbaycanın İntellektual BİRincisi" layihəsi çərçivəsində 62 rayon, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 70 rayondan 1400 nəfər gəncin iştirakı gözlənilir. Hər rayon 18 nəfərlik komanda ilə çıxış edəcək. Layihə zamanı regional turnirlər Sumqayıt, Quba, Tərtər, İsmayıllı, Şəki, Mingəçevir, Sabirabad, Şəki, Lənkəran rayon və şəhərlərində inşa olunmuş Gənclər Evi və Gənclər Mərkəzində keçirilir.

"Azərbaycanın İntellektual Birİncisi” layihəsinin final mərhələsi Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunub və Bakıda keçirilməsi planlaşdırılır.