adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
21 Noyabr 2017 16:49
12279
MƏMLƏKƏT
A- A+

Daha bir marşrutun istiqaməti dəyişib

Bakıda 31 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib. 

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən Adalet.az-a verilən məlumatda deyilir ki, bundan sonra 31 nömrəli marşrut xətti üzrə avtobuslar Abbasqulu Abbaszadə və İzzət Nəbiyev küçələrindən də keçəcək: "Dəyişiklik edilməsinə səbəb, qeyd edilən ünvanlarda yaşayan sakinlərin BNA-ya çoxsaylı müraciətləri olub. Belə ki, məskunlaşma yerlərinin olmasına baxmayaraq, qeyd edilən küçələrdən hər hansı bir marşrut xətti keçmirdi”. Qeyd edək ki, qarşıdakı 10 gün ərzində 31 nömrəli marşrut xətti üzrə avtobusların yenilənmiş sxem üzrə hərəkəti test ediləcək.