adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
21 Noyabr 2017 16:18
8401
GÜNDƏM
A- A+

Çingiz Hüseynzadə yenidən vitse-prezident seçildi

Çingiz Hüseynzadə vitse prezident, Könül Nurullayeva isə üzv seçilib.

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, 19-20 Noyabr 2017-ci il tarixlərində Səudiyyə Ərəbistanının Riyad şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) sayca 10-cu Baş Assambleyası, 26-cı İcraiyyə Komitəsinin İclası, eyni zamanda, İHİF-nın hər 4 ildən bir baş tutan hesabat konfransı keçirilib.

Baş Assambleyada Azərbaycan Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə yenidən İHİF-nın vitse prezidenti, Könül Nurullayeva isə ikinci dəfə İcraiyyə Komitə sinə üzv seçiliblər.

İHİF Baş Assambleyası zamanı 2013-2017-ci illəri əhatə edən hesabat çıxışlar dinlənilib, 2015-2016-cı illər üçün maliyyə məsələlərinin yükununa baxılıb, növbəti, iki il üçün qarşıda duran planlar müzakirə edilib , V İslam Həmrəyliyi oyunlarına ev sahibliyi edəcək İstanbul şəhərinin hazırlıq hesabati dinlənilib , Azərbaycanın IV Islam Həmrəyliyi oyunlarında gördüyü işlərə dair video çarx nümayiş edilib. Eyni zamanda, İcraiyyyə komitələrinə üzv seçilmələri məqsədi ilə MOK-ləri nin namizədliyinə baxılıb.

Qeyd edək ki, Mohammed S. Al. Garnas İHİF-a yeni baş katib təyin olunub.

Baş Idman Təşkilatının sədri , Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti, IHIF-a yei seçilmiş prezident Turky bin Abdulmohsen AL-Alsheikh tərəfindən gənclər və idman naziri Azad Rəhimova, MOK vitse prezidenti Çingiz Hüseynzadəyə və Könül Nurullayevaya IV İslam Həmrəyliyi oyunlarının təşkilindəki xidmətlərinə görə xüsusi mukafatlar təqdim olunub.