adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
21 Noyabr 2017 15:51
12744
İDMAN
A- A+

Millimiz Kosovoya uduzdu

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyədə təşkil olunmuş beynəlxalq turnirdə - "Mercedes Benz” Egey kubokunda bu gün ikinci oyununu keçirib.

Adalet.az-ın məlumatına görə, komandamız Kosovo ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, millimiz ilk matçda Albaniyaya 1:0 hesabı ilə qalib gəlmişdi. Yığmamız növbəti oyununu noyabrın 23-ü Türkiyəyə qarşı keçirəcək.