adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
21 Noyabr 2017 15:24
13790
ƏDƏBİYYAT
A- A+

“Ədəbiyyatsız dünya” kitabı təqdim ediləcək

Dekabr 2-də Gənc Tamaşaçılar Teatrında şair Qismət Rüstəmovun tərcüməsində işıq üzü görmüş "Ədəbiyyatsız dünya” kitabının təqdimatı keçiriləcək.

Adalet.az-ın məlumatına görə tədbir 16:00-dan 18:00-a qədər davam edəcək.

"Alatoran” nəşriyyatında çapdan çıxan kitaba məşhur dünya yazarlarının müxtəlif zamanlarda qələmə aldığı ədəbiyyat və sənət məsələləri haqqında esselər toplanıb.

Kitab ümumilikdə dünya ədəbiyyatsız necə olardı sualına cavab axtarır.

Kitabda Mario Varqas Lyosanın, Orxan Pamukun, Vladimir Nabokovun, Susan Sontaqın, Rolan Bartın, Odenin və dünyanın digər məşhur söz ustalarının ən vacib esseləri toplanıb.

Təqdimatda "Alatoran" yayınlarının və "Azərbaycan Yaradıcılıq Fondu"nun nəşr etdiyi digər kitabları da endirimlər əldə edə biləcəksiniz.

"Ədəbiuyyatsız dünya” təqdimat zamanı endirimli qiymətə (5 manat) satılacaq.