Olimpiya Stadionu azarkeşlərə müraciət etdi
Bakı Olimpiya Stadionu UEFA Çempionlar Liqası çərçivəsində noyabrın 22-də keçiriləcək "Qarabağ" - "Çelsi" oyunu üçün stadiona gəliş-gediş sxemini təqdim edib.
Adalet.az-ın məlumatına görə, stadion rəhbərliyi azarkeşlərdən xahiş edir ki, stadiona gələrkən E qapısında yerləşən Şərq körpüsündən və S qapısında yerləşən Cənub körpüsündən, çıxış zamanı isə Bakı Nəqliyyat Agentliyi tərəfindən təqdim olunan avtobuslara və İctimai Dayanacağa getmək üçün N qapısında yerləşən Şimal körpüsündən və "Koroğlu" m/s üçün isə S qapısında yerləşən Cənub körpüsündən istifadə etmək lazımdır.
Qeyd olunub ki, Heydər Əliyev prospektində yerləşən İctimai Dayanacaq oyuna 3 saat qalmış açıq olacaq.
Digər Xəbərlər
24 Aprel 2024 14:41
Şuşaya köç başlayır - Tarix açıqlandı
24 Aprel 2024 14:15Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
24 Aprel 2024 12:12AQTA bazar rəhbərlərinə xəbərdarlıq etdi
24 Aprel 2024 10:34Sovet hökümətinin sirr kimi saxladığı təyyarə qəzası: Binədən ölümə "uçan" 33 nəfərin aqibəti
24 Aprel 2024 10:03